"Kiçik akademiya"nin yaranmasi

Azərbaycan Respublikası Təhsil Nazirinin 21 yanvar 2018-ci il tarixli, 63 nömrəli əmrinə əsasən məktəbdə 21 may 2019-cu il tarixində “Kiçik Akademiya” yaradıldı. “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. “Kiçik Akademiya” çərçivəsində mütəmadi olaraq fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfranslar, seminarlar və tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlər, şagirdlərdə tədqiqatçılıq işlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. “Kiçik Akademiya”nın öz loqosu, möhürü və hər bir üzv üçün üzərində bu loqonun əksi olan rozetlər hazırlanmışdır. Eyni zamanda hər layihənin sonuda təqdim etmək üçün “Kiçik Akademiya”nın öz diplomları da vardır. “Kiçik Akademiya”nın prezidenti: məktəbin direktor müavini Zahidə Əhmədovadır. “Kiçik Akademiya”nın üzvləri, könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi tədqiqat işlərinə meyli olan (VIII-X sinif şagirdləri) 39 nəfərdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi