Şəhid Surxay Noçuyevin əziz xatirəsinə həsr olunan tədbir

5 noyabr 2021-ci il tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi Rəhilə Aslanovanın təşkilatçılığı və 1 “E” sinif şagirdlərinin iştirakı ilə şəhid Tabor Komandiri, kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Qeyd edək ki, sinif şəhid Surxay Noçuyevin adını daşıyır. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yasımın Bağırova, Yeganə Sadiqova, müəllimlər, valideyinlər və şagirdlər iştirak edib. Qonaq qismində Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası da tədbirdə iştirak edib. İlk olaraq tədbir iştirakçıları şəhidin şəkli önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın Dövlət himni səsləndirilib. Rəhilə müəllim çıxış edərək şəhid Surxay Noçuyev haqqında məlumat verib və özünün yazdığı şeiri səsləndirib. Daha sonra söz şagirdlərə verilib. Şəhid haqqında hazırlanan video çarx nümaiş etdirilib. Musiqi müəllimi Mehriban Musayevanın bəstəsi olan “Şəhid qəhrəman” adlı marş məktəbin şagirdi Emin Əhmədov tərəfindən ifa olunub. Məktəbin direktoru Nizami müəllim, direktor müavinləri Yasəmən və Yeganə müəllim çixiş edərək qeyd ediblər ki,  Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Surxay kimi qəhrəman oğulların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq və böyük ehtiramla anılacaq. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Şəhidin atası Əbdül bəy Surxayla bağlı xatirələrini bölüşüb, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən danışıb və ən böyük arzularından birinin Şuşanın azadlığını görmək olduğunu qeyd edibdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi