20 Yanvar faciəsinə həsr olunan “dəyirmi masa”

Məktəbdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrundan canlarından keçmiş qəhrəman Vətən övladlarının və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlayıb. Məktəbin direktoru Nizami Qasımzadə tədbiri giriş sözü ilə açaraq 20 yanvar hadisələrinin  azərbaycanlılar yaşayan hər yerdə yüksək səviyyədə anıldığını qeyd edib və bu tədbirlərin gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi baxımından zəruriliyini vurğulayıb. Digər çıxış edənlər Azərbaycan xalqının milli oyanış hərəkatının yeni mərhələsi və müstəqilliyin bərpası uğrunda mübarizədə 20 yanvar hadisələrinin yeri, mahiyyəti, səbəbləri kimi müxtəlif məqamlara toxunublar. Tədbir daha sonra şagirdlər tərəfindən hazırlanan bədii hissə ilə davam etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi