Anım Günü ilə bağlı tədbir

27 sentyabrda məktəbin ibtidai sinif şagirdlərinin anım gününə həsr olunmuş tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. İlk öncə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Emin Əhmədovun ifasında sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi məktəbin musiqi müəllimi Mehribam Musayevaya aid olan “Qarabağ yaşa!” adlı marş səsləndirildi, şəhidlərə və vətənə həsr olunmuş şeirlər söylənildi. Şagirdləri salamlayan Nizami müəllim bildirdi ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi