"Qanlı Yanvar qan yaddaşımız" adlı tədbir

17 yanvarda məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Ramilə Əsgərovanın rəhbərliyilə 3 “A” sinif şagirdlərinin təqdimatında "Qanlı Yanvar qan yaddaşımız" adlı ədəbi-bədii kompazisiyası keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə və direktor müavini Yasəmən Bağırova işrirak etdilər. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiyada Qanlı Yanvarın dəhşətləri, sovet qoşunlarının dinc sakinlərə qarşı edilən amansız vəhşiliklərindən, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar təsfir olundu. Şagirdlər 1990-cı il yanvarın 20-də şəhid olmuş insanlara həsr edilmiş şeirlər və bayatılar səsləndirdilər. Tədbirdə 20 Yanvar faciəsinin tarixi barədə məlumat verən Ramilə müəllim çıxış edərək diqqətə çatdırdı ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir. Tədbirdə  şagirdlərin  20 Yanvar qurbanların xatirəsinə ehtiramlarını bildirən divar qəzetləri və çəkilən rəsmləri sərgiləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi