Kiçik Akademiya

Xocalı Soyqırımının ildönümü ilə əlaqədar xüsusi dərs təşkil olunduAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının, məktəbin tarix müəllimi Əsədov Rihazın birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının ildönümü ilə əlaqədar xüsusi dərs təşkil olundu. Dərsdə şagirdlərdə faciə barədə geniş məlumat verildi, onların fikirləri dinlənildi və sualları cavablandırıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! #KA rəhbəri: İlahə Abdullazadə #justforkhojaly #khojalytragedy

Ətraflı

21 Fevral- Beynəlxalq Ana dili Günü ilə əlaqədar xüsusi dərs təşkil olunduAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının, məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Elnarə Məmmədovanın birgə təşkilatçılığı ilə 21 Fevral- Beynəlxalq Ana dili Günü ilə əlaqədar xüsusi dərs təşkil olundu. #KA KA rəhbəri: İlahə Abdullazadə

Ətraflı

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar divar qəzetləri hazırlanmışdıAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar divar qəzetləri hazırlanmışdı. Müəllim: Günel Bərxudarova Əfsanə Nağıyeva KA rəhbəri: İlahə Abdullazadə

Ətraflı

Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildiAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyası, məktəb kitabxanasının və məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mirzəyeva Şəntürkün təşkilatçılığı ilə Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi. M.Ə.Sabir yaradıcılığı haqqında şagirdlərin araşdırmaları dinlənildi, həyatına dair məlumatlar müzakirə olundu və sonda M.Ə. Sabir rolunu canlandıran şagirdin şeiri dinlənildi. KA rəhbəri: İlahə Abdullazadə

Ətraflı

Təbrik edirik !Dekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, şagirdləri salamlayaraq təltifetmə mərasimi haqqında danışdı. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının II mərhələdə keçirilməsi, qaliblərin münsiflər heyəti tərəfindən obyektiv, düzgün seçilməsi, Sabahın alimləri müsabiqəsində qaliblərin iştirakı və cari məsələlər haqqında danışdı. Konfrasın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz Məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular. #KA #Sabunçu #Təltifetmə #Sabahınalimləri

Ətraflı

Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər KonfransıAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 11 A sinif şagirdi Fatimə Rəhimli Noyabrın 21-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının I mərhələsində iştirak etdi. Şagirdimiz III yerə layiq görülmüşdür. Təbrik edirik! KA rəhbəri: İlahə Abdullazadə #KA #BŞTİ

Ətraflı

Fərqlənən şagirdlərBakı şəhəri Sabunçu rayonuAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin bir sıra şagirdi 2022-2023-cü tədris ilində "KİÇİK AKADEMİYA"nın fəaliyyətində fərqləndiyinə görə təltif olundular. Uğurlar arzu edirik! KA rəhbəri: İlahə Abdullazadə #KA #BŞTİ

Ətraflı

1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdilərAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 3 C sinif şagirdləri 1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdilər. Bütün uşaqları təbrik edirik! Sinif rəhbəri: İlahə Abdullazadə #1İyun

Ətraflı

RƏSM SƏRGİSİAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının təşkilatçılığı ilə 3 C sinif şagirdi Əmirov Hüseyn və 3 D sinif şagirdi Səfərli Aminin rəsm sərgisi təşkil olundu. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Məktəbin direktoru Rövşən Qasımov və Təlim tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva sərgidə iştirak edərək balaca rəssamlara uğurlar arzu edərək, diplomla təltif etdilər. KA rəhbəri: İlahə Abdullazadə #KA #Sərgi #BŞTİ

Ətraflı

DAHİ-100Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə ULU ÖNDƏRİN xatirəsi yad edildi. Şagirdlər gül dəstələri ilə DAHİ RƏHBƏRİN xatirəsinə ehtiramlarını bildirdilər. Çıxış edən məktəbin direktoru Rövşən Qasımov HEYDƏR ƏLİYEV haqqında geniş məlumat verdi. Ulu Öndərin daim qəlbimizdə yaşadığını, xatirəsinin hər bir azərbaycanlı üçün müqəddəs olduğunu vurğuladı. Şagirdlərin şeirləri dinlənildi. Sonda xatirə şəkli çəkdirildi. #Dahi #100İL

Ətraflı

"Kiçik Akademiya"sının təşkilatçılığı ilə 10 A sinif şagirdi Rəhimli Fatimənin rəsm sərgisi təşkil olunduAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının təşkilatçılığı ilə 10 A sinif şagirdi Rəhimli Fatimənin rəsm sərgisi təşkil olundu. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Məktəbin direktoru Rövşən Qasımov sərgidə iştirak etdi, gənc rəssama uğurlar arzu edərək, diplom ilə təltif etdi. KA rəhbəri: İlahə Abdullazadə #KA #Sərgi #BŞTİ

Ətraflı

“31 Mart- Azərbaycanlıların Soyqırımı Günü"Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının humanitar fənlər kafedrasının şagidlərinin “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü"nün 105-ci ildönümü ilə əlaqədar hazırlandıqları videoçarx. Allah rəhmət eləsin! Kiçik Akademiya rəhbəri: İlahə Abdullazadə #31MART #SOYQIRIM

Ətraflı

"Milli-mənəvi dəyərlərimiz" mövzusunda əyləncəli yarış keçirildiAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı və məktəbin tarix müəllimi Quliyeva Şahnaz və kitabxana işçilərinin birgə təşkilatçılığı ilə VIII siniflər arasında "Milli-mənəvi dəyərlərimiz" mövzusunda əyləncəli yarış keçirildi. #KA #Yarış

Ətraflı

"Xəmsə" intellektual müsabiqəsinin növbəti mərhələsi keçirildiAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı və məktəbin tarix müəllimi Quliyeva Şahnazın rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xəmsə" intellektual müsabiqəsinin növbəti mərhələsi keçirildi. İştirak edən 3 komandadan 2-si növbəti tura keçmə şansı əldə etdi. Uğur arzu edirik! #Xəmsə #KA

Ətraflı

KA üzvləri təltif olundularAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar "İdman həftəsi" layihəsində Sabunçu rayonu Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının proqramının həyata keçirilməsində fəal iştirakına görə KA üzvləri təltif olundular. Kiçik Akademiya rəhbəri: İlahə Abdullazadə

Ətraflı

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu"28.12.2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqəsinin qalibləri, fərqlənənləri və iştirakçıları təltif olundular. Şagirdlərimiz Leyla Məmmədyarova və Nurlan Mövsümov müsabiqədə II yerə layiq görüldü. Təbrik edirik. Kiçik Akademiya rəhbəri: İlahə Abdullazadə

Ətraflı

2 Fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirildiAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov, direktor müavini Lətifə Mustafayeva, kitabxana müdiri Mətanət Hacıyeva və KA rəhbəri İlahə Abdullazadə iştirak edirdilər. Əvvəlcə şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirildi. Sonra KA fəalları Qasımova Fatimə və Məmmədli Nərminin çıxışları dinlənildi. Çıxış edən məktəbin direktoru Rövşən Qasımov Gənclər Günü ilə bağlı geniş məruzə ilə çıxış edərək, ölkəmizin gənclər siyasəti sahəsində aparılan işlər barədə məlumat verdi. Bütün gəncləri təbrik etdi. Çıxış edən KA rəhbəri İlahə Abdullazadə ölkəmizdə gəclərin fəaliyyəti haqqında düşüncələrini bölüşdü. Vətənini, dövlətini, xalqını sevən, şanlı Zəfər tariximizi yazan Azərbaycan gənclərinin günüdür.

Ətraflı

20 YANVAR faciəsinin otuzüçüncü ildönümü ilə əlaqədar divar qəzetləri hazırlanmışdırAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 20 YANVAR faciəsinin otuzüçüncü ildönümü ilə əlaqədar divar qəzetləri hazırlanmışdır. #KA #20Yanvar

Ətraflı

ŞƏHİD ELÇİN BAĞIROVUN xatirəsinə həsr olunmuş voleybol yarışı keçirilmişdirAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə və məktəbin Fiziki tərbiyə müəllimi Ağarzayeva Narxanımın rəhbərliyi ilə VIII sinif şagirdləri arasında ŞƏHİD ELÇİN BAĞIROVUN xatirəsinə həsr olunmuş voleybol yarışı keçirilmişdir. KA rəhbəri: İlahə Abdullazadə #KA #BŞTİ

Ətraflı

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu"Dekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır. Müsabiqə nəticələri 4 yanvar 2022-ci il tarixdən etibarən emal olunacaqdır. Qeyd edək ki, məktəbimizi 10 A Mövsümov Nurlan və 10 B sinif şagirdi Məmmədova Leyla təmsil etmişdir. Uğur arzu edirik!

Ətraflı

“Biz Həmrəyik”Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Biz Həmrəyik” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anı olduğu qeyd edildi. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırıldı. Şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş olundu. Rəngarəng musiqilər və rəqslər ifa olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Rövşən Qasımov həmrəylik günü haqqında geniş məlumat verərək bütün azərbaycanlıları təbrik etdi. Çıxış edən direktor müavini Lətifə Mustafayeva müəllim və şagird kollektivini təbrik edərək onlara ən xoş arzularını çatdırdı. Tədbir " Zəfər" olimpiadasında qalib olan şagirdlərin təltif olunması ilə yekunlaşdı. KA rəhbəri: İlahə Abdullazadə Bütün Azərbaycan xalqını təbrik edirik! #31Dekabr #HəmrəyOlaq

Ətraflı

" Bizim Ali Baş Komandan " adlı dəyirmi masa keçirildiAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə "Bizim Ali Baş Komandan" adlı dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Cənab İlham Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olundu. Məktəbin direktoru Rövşən Qasımov geniş məruzə ilə çıxış etdi. Şagirdlərlə fikir mübadiləsi aparıldı, onların sualları cavablandırıldı. KA rəhbəri: İlahə Abdullazadə #BizimPrezident #AliBaşKomandan #24Dekabr

Ətraflı

" Xəmsə "Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı və məktəbin tarix müəllimi Quliyeva Şahnazın rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xəmsə" intellektual müsabiqəsinin ikinci mərhələsi keçirildi. İştirak edən 4 komandadan 3-ü növbəti tura keçmə şansı əldə etdi. Uğur arzu edirik!

Ətraflı

Uşaqların asudə vaxtının səmərəli təşkiliAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə " Uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi " mövzusu üzrə iş təşkil olunmuşdur. KA rəhbəri: İlahə Abdullazadə

Ətraflı

ULU ÖNDƏRİN xatirəsinə həsr olunmuş divar qəzetləri.\Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının humanitar fənlər kafedrasının şagirdlərinin təqdimatında ULU ÖNDƏRİN xatirəsinə həsr olunmuş divar qəzetləri. Ulu Öndərə Allahdan rəhmət diləyirik! #HeydərƏliyev #Dahi #UluÖndər #12Dekabr

Ətraflı

"Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi"Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı, UBT rəhbəri Ziyafət Məmmədovanın və kitabxana müdirlərinin iştirakı ilə "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi" mövzusu üzrə dəyirmi masa təşkil olundu. Çıxış edən KA rəhbəri İlahə Abdullazadə dövlətin müsbət imicinin təbliği, ordu quruculuğu və zəfər tariximiz haqqında geniş məlumat verdi. Şagirdlərlə müzakirə təşkil olundu, onların sualları cavablandırıldı.

Ətraflı

CAVAD-130" adlı şeir müsabiqəsi keçirildiAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyası və məktəbin Ədəbiyyat müəllimləri Məmmədova Elnarə, Salahova Aygünün təşkilatçılığı ilə "ƏHMƏD CAVAD-130" adlı şeir müsabiqəsi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Müsabiqədə müxtəlif yaş kateqoriyasına aid şagirdlər iştirak edirdilər. Yekunda qaliblər mükafatlandırıldı.

Ətraflı

"Ədəbiyyat gecəsi"Kiçik Akademiyanın təşkilatçılığı ilə "Ədəbiyyat gecəsi" keçirilmişdir . Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, kitabxana əməkdaşları iştirak edirdilər. Şagirdlər ədiblərin həyat və yaradıcılıqları ilə bağlı apardıqları araşdırmaları, müxtəlif yazılı və şifahi mənbələrdən istifadə edərək əldə etdikləri məlumatları təqdim etdilər. Mövzular üzrə nümunələr, ədəbiyyatımızın incisi sayılan əsərlərdən epizodlar səsləndirdilər. Şagirdlərdə araşdırma bacarığının formalaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsində, onları tədris prossesində yaradıcı fəaliyyətə təşviq etməkdə, qabaqcıl təcrübənin nümayişi və təbliğində mühüm rol oynayır. Sonda məktəbin direktoru Rövşən Qasımov çıxış edərək şagirdlərə təklif və tövsiyələrini verdi. KA rəhbəri: İlahə Abdullazadə

Ətraflı

" Əhməd Cavad və onun yaradıcılığı "27 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-136 nömrəli əmrinin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat kafedraları üzrə "Əhməd Cavad və onun yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirildi. Elmi-praktiki konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca "Zəfər Tariximiz"in şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq konfransın mahiyyəti haqqında məlumat verdi. Ardınca 72 nömrəli məktəb-liseyin şagirdi Nuri Fatimə, 192 nömrəli tam orta məktəbin şagirdi Cəfərova Sonabəyim, 307 nömrəli tam orta məktəbin şagirdi Əmirli Abbas, 307 nömrəli tam orta məktəbin Humanitar bölməsinin rəhbəri və tarix müəllimi Məmmədova Afət, 28 nömrəli tam orta məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Əmircanova Qənirə öz məqalələri ilə çıxış etdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova çıxış edərək elmi-praktik konfrans haqqında yekun fikirlərini söylədi. Sonda 307 nömrəli tam orta məktəbin Texniki bölməsinin hazırladığı videoçarxa baxış oldu. Elmi-praktiki konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, İnkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA prezidentləri, müəllimlər, şagirdlər iştirak etdilər. Qeyd edək ki, 112 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti konfransda iştirak etdilər.

Ətraflı

"Kiçik Akademiya"ların hesabat konfransıSabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı. İyunun 28-i 2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2021/2022-ci tədris ili üzrə görülən işlərin hesabatı haqqında konfrans təşkil edildi. Konfranda BŞTİ-nin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA rəhbərləri, müəllimlər və şagirdlər iştirak edirdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca "Şuşa İli" sevincini bizə yaşadan şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. "Kiçik Akademiya"ların məqsədi şagirdlərdə elmi potensialın artırılması, müxtəlif təşəbbüslərin stimullaşdırılması, elmə axının təminin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, onlara metodiki informasiya yardımının göstərilməsidir. Konfrans iştirakçılarını salamlamaq üçün ev sahibi 307 nömrəli tam orta məktəbin müdir vəzifəsini icra edən Samirə Sadıqova çıxış etdi. Ardınca Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın işlərinə dəstək verən, hər zaman yeni ideyalar, layihələr irəli sürən 112 nömrəli tam orta məktəbin direktoru Xədicə Babayeva çıxş etdi. 2021/2022-ci tədris ilində Sabunçu rayonu üzrə ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları müxtəlif işlər həyata keçirmişlər. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev MKA-nın gördüyü işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında ətraflı məruzə etdi. Ardınca 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva,113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova, KA prezidenti Cabbar Yolçiyevin, vitse-prezidenti Aysel Hüseynovanın çıxışları dinlənildi. 307 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İnci Süleymanzadə"Tarixdə Qarabağ" adlı araşdırmasını təqdim etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova istiqamətyönümlü, dəyərləndirici fikirlərini konfrans iştirakçıları ilə bölüşdü və "Kiçik Akademiya"nın səmərəli fəaliyyətində uğurlar arzu etdi. Sonda fəaliyyətlərində fərqlənən məktəblər və KA rəhbərləri "TƏŞƏKKÜRNAMƏ" ilə təlfif olundular. #KİÇİKAKADEMİYA #SABUNÇU

Ətraflı

" Valideynin məktəbdə bir günü"Aprelin 25-i 2022-ci il tarixdə F-145 nömrəli əmrin 3-cü bəndinin icrası ilə əlaqədar olaraq " Valideynin məktəbdə bir günü" adlı layihənin icrasına start verildi. Layihənin cədvəlinə əsasən I sinif valideynləri ilə görüş keçirildi. İlk olaraq Sərxan Şahverdiyev valideynləri məktəb mühiti, infrastruktur və.s ilə tanış etdi. Daha sonra valideynlər I sinif müəllimlərinin dərslərinə daxil olaraq dərs proseslərini izlədilər. Sonda məktəbin direktoru Xədicə Babayeva, TTİ üzrə direktor müavini Lətifə Mustafayeva valideynlər ilə görüş edərək məktəbin uğurları, müəllim-valideyn münasibətləri haqqında söhbət etdilər. "ailəmvəməktəbim

Ətraflı

"Səbəb və nəticə əlaqəsi"IX siniflərin imtahana hazırlığı. Aprelin 13-ü 2022-ci il tarixdə "Kiçik Akademiya" rəhbəri Sərxan Şahverdiyevin təşkilatçılığı, 9 "C" sinif şagirdlərinin iştirakı ilə "Mətn üzərində düzgün işləmə qaydası -2" mövzusunda seminar keçirildi. Seminarda S.Şahverdiyev mətn üzərində "Səbəb və nəticə əlaqəsi", "Hadisə, zaman, məkan", "Mətnin tipləri", "Tərkib hissələri və onlar arasında əlaqə", "Planın qurulması", "Tezis", "Xülasə"nin tətbiqi haqqında geniş danışdı. Sonda şagirdlərin sualları dinlənildi, praktik işlər aparıldı.

Ətraflı

"Hadisə, zaman, məkan"IX siniflərin imtahana hazırlığı. Aprelin 12-si 2022-ci il tarixdə "Kiçik Akademiya" rəhbəri Sərxan Şahverdiyevin təşkilatçılığı, 9 "B" sinif şagirdlərinin iştirakı ilə "Mətn üzərində düzgün işləmə qaydası -2" mövzusunda seminar keçirildi. Seminarda S.Şahverdiyev mətn üzərində "Səbəb və nəticə əlaqəsi", "Hadisə, zaman, məkan", "Mətnin tipləri", "Tərkib hissələri və onlar arasında əlaqə", "Planın qurulması", "Tezis", "Xülasə"nin tətbiqi haqqında geniş danışdı. Sonda şagirdlərin sualları dinlənildi, praktik işlər aparıldı.

Ətraflı

"Mətnlə tanışlıq"IX siniflərin imtahana hazırlığı. Martın 10-u 2022-ci il tarixdə "Kiçik Akademiya" rəhbəri Sərxan Şahverdiyevin təşkilatçılığı, 9 "B" sinif şagirdlərinin iştirakı ilə "Mətn üzərində düzgün işləmə qaydası" mövzusunda seminar keçirildi. Seminarda S.Şahverdiyev "Mətnlə tanışlıq", "Klaster", "Sinkveyn", "Sillogizm" üsullarının mətn üzərində tətbiqi haqqında geniş danışdı. Sonda şagirdlərin sualları dinlənildi, praktik işlər aparıldı.

Ətraflı

"İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu "Martın 10-u 2022-ci il tarixdə "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu " mövzusunda seminar keçirildi. Seminarda "Kiçik Akademiya"prezidenti Sərxan Şahverdiyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Rəcəbova Elnarə və 7 "E" sinif şagirdləri iştirak etdi. R.Elnarə seminariyanın yaradılması, inkişafı, təhsilə təsiri və.s haqqında danışıldı. Sonda şagirdlərin sualları cavablandırıldı.

Ətraflı

Təbrik edirik !Məktəbimizin "Kiçik Akademiya"sının Azərbaycan dili və ədəbiyyat kafedrasının üzvü, IX "B" sinif şagirdi Məmmədyarova Leyla 83.75 bal ilə Respublika Fənn Olimpiadasının final turuna vəsiqə qazanmışdır. Şagirdimizi səmimi qəlbdən təbrik edir, ona finalda uğurlar arzu edirik.

Ətraflı

"Sosial mühit və dostluq"01.03.2022-ci il tarixdə məktəbimizdə "Reproduktiv sağlamlıq" mövzusunda seminar təşkil edildi. KA prezidenti Sərxan Şahverdiyev "Sosial mühit və dostluq", "Zərərli vərdişlərdən qorunmaq", və.s mövzularda ətraflı çıxış etdi. Seminarın sonunda iştirak edən VII sinif şagirdlərinin sualları cavablandırıldı.

Ətraflı

RFO-nun rayon (şəhər) mərhələsinin qalibləri ilə görüşRFO-nun rayon (şəhər) mərhələsinin qalibləri ilə görüş. Respublika Fənn Olimpiadasının rayon(şəhər) turunun qalibi olmuş, yarımfinal turuna vəsiqə qazanmış, "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedrasının üzvləri Əliyeva Fəridə, Məmmədyarova Leyla ilə məktəb rəhbərliyi tərəfindən görüş baş tutdu. Görüşdə məktəbin direktoru Xədicə Babayeva, KA prezidenti Sərxan Şahverdiyev iştirak etdi. X.Babayeva şagirdlərimizə yarımfinal turunda uğurlu nəticələr əldə etmələri üçün müvəffəqiyyətlə arzuladı. KA prezidenti S.Şahverdiyev RFO-nun yarımfinal turuna hazırlıq mərhələsi haqqında ümumi danışdı, şagirdlərə uğurlar arzuladı.

Ətraflı

VMA sinif nümayəndələri ilə iclas keçirildi12.01.2022-ci il tarixdə VMA sinif nümayəndələri ilə iclas keçirildi. İclasda məktəbin direktoru Xədicə Babayeva, VMA prezidenti Sərxan Şahverdiyev, təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadə iştirak etdilər. Məktəbin direktoru Xədicə xanım Babayeva valideynləri salamlayaraq, şagirdlərin davamiyyəti, I yarımil üzrə olacaq BSQ-lər, cari məsələlər haqqında danışdı. VMA prezidenti S.Şahverdiyev VMA-nın oktyabr-dekabr aylarında gördüyü işlər və yeni layihələr haqqında danışdı. Təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadə BŞTİ-nin tədbirlər planına əsasən keçirilən tədbirlər barəsində ümumi məlumat verdi. Sonda valideynlərin fikir və təklifləri dinlənildi.

Ətraflı

Bayramınız mübarək !4 nömrəli VMA-nın dəstəyi ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq şəhid Elçin Bağırovun övladları təbrik olundu. Bayramınız mübarək !

Ətraflı

“Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” adlı vebinar keçirilibAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 24 may 2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbin müəllim və valideynləri üçün “Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” adlı vebinar keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xədicə Babayeva iştirakçıları salamlayaraq əhəmiyyətli mövzulara toxunan belə tədbirlərin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbirdə “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edərək, Azərbaycan ailəsinə xas milli dəyərlər, adət-ənənələr, böyüyə hörmət, kiçiyə qayğı kimi dəyərlər barədə məlumat verib, müasir ailələri narahat edən aktual məsələləri işıqlandıraraq cəmiyyətin birliyinin bu problemlərin həllində böyük önəm daşıdığını vurğulayıb. Daha sonra Komitə tərəfindən hazırlanan “Ailəmiz - ən dəyərli xəzinəmizdir” adlı video-çarx nümayiş etdirilib. Tədbirdə Komitənin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva “Biz öz övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” adlı təqdimatla çıxış edərək, uşaqların yaş xüsusiyyətləri, valideyn-uşaq münasibətləri, uşaqlarla effektiv ünsiyyət metodları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra qeyd edilən mövzularda müzakirələr aparılıb. Tədbirdən 49 nəfər iştirakçı faydalanıb.

Ətraflı

“Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi”Sabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olmuşdur. Nəticələrə əsasən 28 və 113 nömrəli tam orta məktəblər I yer, 69,72,78,90,155,215 və 295 nömrəli tam orta məktəblər II yer, 67,75,94,96,112,128,187,305 və 310 nömrəli məktəblər III yerə , digər məktəblər isə Fərqlənməyə layiq görülmüşlər. Müsabiqədə 40-a yaxın məktəbdən şagirdlər iştirak etmişdir. Qalib olan hər bir şagirdləri təbrik edir, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq ! #kiçikakademiya #yapsabunçugb #müsabiqə

Ətraflı

"Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsi16.05.2021-ci il tarixdə BŞTİ-nin F-103 nömrəli əmrini (ümumtəhsil məktəblərində"Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair) əsas tutaraq Sabunçu rayonu Mərkəz "Kiçik Akademiya"sı tərəfindən Google Drive Platforması Google Site hissəsində https://sites.google.com/.../t%C9%99klif-v%C9%99-%C5... sayt yaradılmışdır. Saytında yaradılmasında əsas məqsəd Sabunçu rayonu "Kiçik Akademiya"lar üzrə görülən işlərin vahid bir sistemdən idarə olunması, məlumatların , xəbərlərin toplum halda ictimaiyyətə çatdırılmasıdır. Saytda : ✓ Ana səhifə ✓ Ümumi məlumat ✓ Sənədlər ✓ Rayon KA-ları ✓ Xəbərlər ✓ Elanlar ✓ Təklif və şikayətlər bölmələrindən ibarət səhifələr öz əksini tapmışdır. #kiçikakademiyasabunçu

Ətraflı

" Kiçik Akademiya " nın aprel ayı üzrə gördüyü işlərSabunçu rayonu üzrə Mərkəz " Kiçik Akademiya " nın aprel ayı üzrə gördüyü işlər.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın”08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Qeyd: Konfransda 200-dən çox şəxs(47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

"Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası"Sabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqə ərzində şagirdlər fərdi , komanda olaraq "Nizami inciləri ", "Yeddi gözəl", "Nizami məqbərəsi", "Nizami muzeyi", "Nizaminin qəzəlləri ", "Nizami yaradıcılığı", "Fitnə", "İsgəndərnamə əsərindən fraqment", "Nuşirəvanla bayquşların söhbəti", "Söz dünyasının günəşi" adlı mövzulara toxunaraq Tinkercadda işlər təqdim etmişlər. Müsabiqə ərzində işlər qiymətləndirilərək I, II, III yerlərə və Fərqlənmələrə layiq görülmüşdür. I. Qaliblər : I yer - 28 nömrəli tam orta məktəbin I işi ; I yer - 67 nömrəli tam orta məktəbin II işi ; II yer - 96 nömrəli tam orta məktəbin II işi ; II yer - 28 nömrəli tam orta məktəbin II işi ; II yer - 96 nömrəli tam orta məktəbin I işi ; III yer - 72 nömrəli məktəb-liseyin III işi ; III yer - 293 nömrəli tam orta məktəbin II işi ; III yer 198 nömrəli tam orta məktəbin II işi ; II. Fərqlənənlər : 67 nömrəli tam orta məktəbin I işi ; 67 nömrəli tam orta məktəbin III işi ; 72 nömrəli məktəb-liseyin I işi ; 72 nömrəli məktəb-liseyin II işi ; 74 nömrəli tam orta məktəb ; 96 nömrəli tam orta məktəbin III işi ; 112 nömrəli tam orta məktəb ; 188 nömrəli tam orta məktəb ; 198 nömrəli tam orta məktəbin I işi ; 209 nömrəli tam orta məktəb ; 215 nömrəli tam orta məktəbin I işi ; 215 nömrəli tam orta məktəbin II işi ; 293 nömrəli tam orta məktəbin I işi ; Müsabiqədə qalib olan, fərqlənən , iştirak edən məktəbləri, şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq !

Ətraflı

" Zərifə Əliyeva - oftalmologiya elminin ikişafında müstəsna xidmətləri"28.04.2021- ci il Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı il Microsoft Teams Platforması üzərindən " Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev konfransın gündəliyi barədə iştirakçılara məlumat verdi. Daha sonra Ardınca 128 nömrəli tam orta məktəbin “Kiçik Akademiya"sının hazırladığı videoçarxa baxış oldu. Konfransın gündəliyinə uyğun olaraq 112 nömrəli tam orta məktəbin direktor müavini İlahə Abdullazadə, 107 nömrəli tam orta məktəbin direktoru Jalə Məhərrəmova, 169 nömrəli tam orta məktəbin direktor müavini Fərman Əmirov, 78 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” rəhbəri, biologiya müəllimi Elşad Əliyev, 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının Kimya-Biologiya kafedralarının məsləhətçi müəllimi Lətifə Mustafazadə, 72 nömrəli məktəb-liseyin biologiya müəllimi Nərgiz Mikayılova, 255 nömrəli tam orta məktəbin şagirdi Tahir Yaqubov, 72 nömrəli məktəb-liseyin şagirdi Bəhrəmov Emil, 78 nömrəli tam orta məktəbin şagirdi Şəfa İbrahimova və 112 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Dərya mövzu ilə əlaqədar olaraq hazırladıqları təqdimatlardan, elmi-məqalələrdən istifadə edərək çıxışlar etdilər. Konfransda 200-ə yaxın şəxs iştirak edirdi. #zərifəəliyeva

Ətraflı

Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəSabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel - 15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqədə

Ətraflı

"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi"18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Konfransı giriş sözü sözü ilə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev başladı. Daha sonra 130 nömrəli tam orta məktəbin şagirdi Babayeva Esmiranın hazırladığı videoçarxa baxış oldu. Ardınca Sabunçu İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y. adına 112 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə , 169 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini Fərman Əmirov , elmi-məqalə müsabiqəsinin qalib müəllimləri ; Aysel Vəlizadə (255 nömrəli tam orta məktəb), Məmmədli Sevinc (307 nömrəli tam orta məktəb), Manaflı Mehri (128 nömrəli tam orta məktəb), Qəmbərova Məhsəti (113 nömrəli tam orta məktəb), Vəliyeva Humay ( 155 nömrəli tam orta məktəb), elmi-məqalə müsabiqəsinin qalib şagirdləri ; Tağızadə Rəhiməxanım (96 nömrəli tam orta məktəb), Rüstəmova Aysu (142 nömrəli tam orta məktəb) Bahar Həmidova (271 nömrəli tam orta məktəb) yazdıqları məqalələri üzrə çıxış etdilər.

Ətraflı

"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol"03.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev giriş sözü ilə konfransı davam etdirdi. Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y adına 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlahə Abdullazadə "Aprel döyüşləri Zəfər Tariximizin toxumları" adlı məqaləsi ilə çıxış etdi. 107 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Jalə "Aprel döyüşlərinin Zəfər Tarixinə inteqrasiyası" adlı məqaləsi ilə çıxış etdi. Daha sonra 72 nömrəli tam orta məktəbin 10 "A" sinif şagirdi Bəhramov Emil hazırladığı videoçarxı konfrans iştirakçılarına təqdim etdi. Konfransda 100 - ə yaxın məktəb rəhbərliyi, KA rəhbərləri, müəllimlər, gənclər, şagirdlər iştirak etmişdir. #apreldöyüşləri #zəfərtariximiz #sabunçuregionalakademiya #yapsabunçugənclərbirliyi

Ətraflı

Regional iclas baş tutdu30.03.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyi ilə Regional iclas baş tutdu. İclasda 44 məktəbdən direktorlar, direktor müavinləri, KA rəhbərləri iştirak edirdi. Sabunçu Regional"Kiçik Akademiya"sının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək Aprel-İyun ayları ərzində görüləcək işlər barədə aşağıda göstərilən formada qeyd etmişdir : 1. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans; 2. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsi; 3. "Nizami Gəncəvi İli" ilə bağlı təqdimat müsabiqəsi; 4. "Nizami Gəncəvi İli" ilə bağlı intellektual müsabiqə; 5. "Nizami Gəncəvi İli" ilə bağlı elmi-praktiki konfrans; 6. "Nizami Gəncəvi İli" ilə bağlı əsərlərin STEAM layihəsində inteqrasiyası; 7. "Zəfər Tariximiz və milli ruh" adlı elmi-praktiki konfrans; 8. "Kiçik Akademiya" prezidentləri, vitse-prezidentləri, bölmə rəhbərləri, kafedra müdirləri üçün təlimlər. İclasında sonunda suallara cavablar verildi.

Ətraflı

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ19.03.2021 tarixində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə pandemiya qaydalarını gözləyərək şəhid Bağırov Elçin Fərhad oğlunun ailəsi ilə görüş keçirildi.Görüşdə İkinci Qarabağ Müharibəsində şəhid olmuş Bağırov Elçin Fərhad oğlunun əziz xatirəsini yad edərək Novruz bayramı ərəfəsində onun övladları məktəbimizin 1-ci və 2-ci sinif şagirdləri Bağırova Aylin Elçin qızı və Bağırov Mirağa Elçin oğlu 1" B" sinif rəhbəri Həsənova Leyla, 4 N-li VMA həmçinin valideynlər və şagirdlər adından müxtəlif hədiyyələr və xoş sözlərlə sevindirildilər. Uşaqlar kiçik ağ vərəqlər üzərində ataları haqqında xoş sözlər yazıb, onun şəklinin qarşısındakı çələngin üzərinə qoydular. Məktəbin direktoru Xədicə xanım Babayeva şəhidimizin həyat yoldaşı və uşaqlarına xoş sözlər söyləyərək, atalarının Vətən yolunda qəhrəmancasına vuruşaraq şəhid olmasının onlar üçün daim qürur mənbəyi olacağını qeyd edərək bildirdi ki, dövlətimiz, Prezidentimiz şəhid ailələrinə qayğı göstərməyi heç zaman əsirgəməyəcək və daim onları sevindirəcəklər.

Ətraflı

Şəhid Bağırov Elçin Fərhad oğlunun ailəsi ilə görüş baş tutdu18.03.2021 ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Şəhid Bağırov Elçin Fərhad oğlunun ailəsi ilə görüş baş tutdu. Görüşdə məktəbin direktoru Xədicə Babayeva, 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev iştirak edirdi. Şəhid övladları ilə söhbət aparıldı, onların qayğıları dinlənildi. Şəhid ailələrinə qayğı, dəstək hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət eləsin !

Ətraflı

"Şəhid məzunların valideynləri ilə görüşlərin keçiriləsi"Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 2 "D" sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" BŞTİ-nin 2020-2021-ci tədris ili üçün fəaliyyət planına uyğun olaraq "Şəhid məzunların valideynləri ilə görüşlərin keçiriləsi" mövzusuna uyğun olaraq ŞƏHİD RƏSUL SADIQOVUN valideyni Elnarə xanım Rəsulova ilə Microsoft Teams platforması üzərindən görüş təşkil edildi. Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra şəhidin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə başlayan sinif rəhbəri Günay Rüstəmova şəhid haqqında geniş məlumat verdi. Şagirdlər şeirlər səsləndirdi. Çıxış edən şəhid anası Elnarə xanım Rəsulovanın şəhidin keçdiyi döyüş yolundan, ŞƏHİDİN Vətən sevgisindən danışdı Tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. Çıxış edən YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev şəhid anasına dərin hörmət və ehtiramını bildirərək övladının xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğuladı. Şəhidə Allahdan rəhmət dilədi. Çıxış edən məktəbdənkənar və sinifdənxaric işlər üzrə üzrə direktor müavini İlahə Abdullazadə şəhid anasına tədbirə qatıldığı üçün təşəkkürünü bildirdi. Şəhid anasına Vətən üçün tarix yazan bir övlad böyütdüyü üçün dərin minnətdarlığını bildirdi. Müəllim: Günay Rüstəmova

Ətraflı

IX siniflər üzrə məktəbdaxili monitorinq keçirildi05.03.2021-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə IX siniflər üzrə məktəbdaxili monitorinq keçirildi. Monitorinq DİM-in qaydalarına əsasən təşkil olunmuşdur. Monitorinqdə məktəbin direktoru Xədicə Babayeva, TİDM-i Həsən Bərxudarov, VMA və KA prezidenti Sərxan Şahverdiyev, nəzarətçi qismində qeyri-ixtisas müəllimləri iştirak etmişdir. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin buraxlış imtahanına hazırlıq səviyyəsinin yoxlanılması idi.

Ətraflı

II Qarabağ müharibəsinin şəhidi Heydərov Əlinin ailəsi ilə görüş baş tutdu03.03.2021-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə məktəbin rəhbərliyi, 4 nömrəli VMA-nın təşkilatçılığı II Qarabağ müharibəsinin şəhidi Heydərov Əlinin ailəsi ilə görüş baş tutdu.Görüşdə məktəbin direktoru Xədicə Babayeva, 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev iştirak etmişdi. Görüş ərzində Şəhid ailəsi söhbətlər aparıldı. Daha sonra Şəhidimizin adına yaradılmış 4 "C" sinfinə baxış oldu. Müəllim:Eminova Yeganə #Şəhidlərölməz

Ətraflı

"Qarabağ tarixi - 2"28.02.2021-ci il tarixdə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin "Qarabağ tarixi - 2" dərslərinin Microsoft Teams Platforması üzərindən növbəti dərsi baş tutdu. Dərsi giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Katibi, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam məktəbin Tİ üzrə direktor müavini, İlahə Abdullazadə başladı. Ardınca "II Qarabağ müharibəsinin xronologiyası" başlığı altında çıxış etmək üçün sözü 113 nömrəli tam orta məktəbin direktoru, Tarix üzrə müəllim Gültəkin Rüstəmova verdi. G.Rüstəmova II Qarabağ müharibəsinin 27 sentyabr - 10 noyabr tarixləri aralığında olan xronologiyası haqqında geniş formatda məruzə söylədi . Dərsin sonunda YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini çıxış edərək "II Qarabağ tarixi - 2" dərslərinin şagirdlər üçün mühüm olduğunu vurğuladı. Dərs yekun olaraq diskusiya ilə başa çatdı. Məruzənin bir hissəsi : Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

Ətraflı

"Just for Khojaly"26.02.2021-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" və 4 nömrəli Valideyn - Müəllim - Assosiasiyasının təşkilatçılığı 6 "E" sinfində "Just for Khojaly" , "Khojaly Tragedy" həştəgləri altında tədbir keçirildi. Tədbirdə şagirdlər təqdimatları İngilis dilində təqdim etdilər. #justforkhojaly #khojalytragedy

Ətraflı

I yarım ilin yekunlarına əsasən Pedaqoji şura keçirildi30.01.2021-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə I yarım ilin yekunlarına əsasən Pedaqoji şura keçirildi. İclasa giriş sözü ilə məktəbin direktoru Xədicə Babayeva başladı. X.Babayeva I yarım il barədə olan ümumi məsələlərdən, fevralın 1-də əyani tədrisə başlayacaq ibtidai siniflərin cari vəziyyəti haqqında , yuxarı siniflərin virtual dərslə davam etmələri haqqında və yeni gələn əmrlər haqqında pedaqoji kollektivi məlumatlandırdı. Ardınca məktəbin TİDM Bərxudarov Həsən I yarım ilin statistik məlumatları, II yarım ilin əyani və distant cədvəlləri haqqında danışdı. Daha sonra VMA və KA prezidenti Sərxan Şahverdiyev çıxış edərək IX və XI siniflərin buraxılış imtahanları, XI siniflərin qəbul imtahanları və cari məsələlər haqqında məlumatları pedaqoji heyətə çatdırdı. Şagird yerdəyişməsi , UTİS haqqında məlumatları UBR Ziyafət Məmmədova danışaraq fikirlərini söylədi. Sonda müəllimlərə maraqlı olan suallar rəhbərlik tərəfindən cavablandırıldı.

Ətraflı

20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜAkademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri İlahə Abdullazadə və Vüsalə Əliyevanın təşkilatçılığı ilə paytaxt və regionların bir sıra məktəblərinin şagirdlərinin iştirakı ilə 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜ ilə əlaqədar Microsoft Teams platforması üzərindən online tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərin hazırladıqları videoçarx və şeirlər dinlənildi, rəsmlər nümayiş olundu. Müəllimlər şagirdlərə faciə ilə əlaqədar geniş məlumat verdilər. Çıxış edən Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli məktəbin direktoru Xədicə xanım Babayeva şəhidlərin ruhuna hörmət və ehtiramını bildirərək, Allahdan onlara rəhmət dilədi. Şəhidlik zirvəsinin müqəddəsliyi haqqında ətraflı məlumat verdi. Çıxış edən 130 nömrəli məktəbin direktoru Təhminə xanım Mahmudova şəhidlərimizin daim qəlbimizdə yaşadığını, məhz onların qanı bahasına əldə olunan azadlıq mübarizəsindən danışdı. Çıxış edən Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktor müavini Həsən Bərxudarov Azərbaycan xalqının və dövlətinin şəhidlərimizi hər zaman uca tutduğunu, onların ailələrinə daim qayğı göstərildiyini vurğuladı. Çıxış edən İsmayıllı rayonu Ağbulaq kənd şəhid Z.Mehdiyev adına məktəbin ədəbiyyat müəllimi Əflatun Baxışov 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşərək şəhidlərə Allahdan rəhmət dilədi. Çıxış edən digər müəllimlər faciə haqqında şagirdlərə ətraflı məlumat verdilər. Tədbirdə Sabunçu rayonu ,112, 130, 255, Abşeron rayon Güzdək qəsəbəsi tam orta məktəbi və İsmayıllı rayon Ağbulaq kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi həmçinin Sabunçu rayon KA regional mərkəzinin rəhbəri Sərxan Şahverdiyev, Vətən müharibəsinin könüllü iştirakçısı qazi Adəm Tağıyev, İlkin Abdullayev iştirak edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Ətraflı

"20 Yanvar"YAP Sabunçu rayon təşkilatı 19.01.2021- ci il tarixdə "20 Yanvar" faciəsi ilə əlaqədar videokonfrans formatında tədbir keçirdi. Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilidi. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirdi. Mehriban Abasquliyeva qeyd etdi ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiyməti verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq. 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu. 20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir. Tədbirdə çıxış edənlərdən YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, rayon ərazi ilk partiya təşkilat sədrləri Gülnaz Abdullayeva, Murad Zeynalov, Fərqanə Abbasova qeyd etdilər ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 31-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyevin ərazi ilk partiya təşkilat sədri Xədicə Babayeva ilə birlikdə İkinci Qarabağ müharibəsində qazandığımız Qələbəyə həsr edilmiş “Zəfər Tarixi “ adlı yeni nəşr etdikləri kitabı konfrans iştirakçılarına nümayiş etdirərək, oxumalarını tövsiyyə etdi.

Ətraflı

Fənn olimpiadasının məktəb turu təşkil olundu16.01.2021-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Fənn olimpiadasının məktəb turu təşkil olundu. Olimpiada online olaraq Teams platforması üzərindən təşkil olunmuşdur. Olimpiadanın təşkil olunmasında məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etmişdir. Yekun nəticələr bəlli olduqdan sonra rayon(şəhər) turuna vəsiqə qazanmış şagirdlərin siyahısı bəlli olacaqdır. Hər bir şagirdimizə uğurlar arzu edirik!

Ətraflı

"Biz Zəfər Çaldıq"27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Yekun nəticələrə əsasən I yerə - 215 nömrəli tam orta məktəb, II yerə - 96, 112, 215, 307 nömrəli tam orta məktəblər, III yerə 67, 188, 215, 309 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşdür. I, II, III yeri qazanmış şagirdlər "diplom", finalda iştirak edən digər şagirdlər isə "fərqlənmə" ilə təltif olunmuşlar. Müsabiqə BŞTİ-nin F-512 nömrəli əmri əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. #Bizzəfərçaldıq#QarabağAzərbaycandır!

Ətraflı

"İkinci Qarabağ müharibəsi"Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 1 "C" sinif şagirdləri "İkinci Qarabağ müharibəsi" şəhidlərinin xatirəsinə həsr olunmuş "XARIBÜLBÜL" adlı "Əlifba bayramı"nı qeyd etdilər. Tədbirdə məktəbin direktoru Xədicə xanım Babayeva, direktor müavini Həsən müəllim Bərxudarov, BŞTİ Təlimə Dəstək Mərkəzinin inklüziv təhsil üzrə metodisti Nuranə xanım Yəhyayeva, Sabunçu rayonu üzrə KA rəhbəri YAP GB sədr müavini Sərxan müəllim Şahverdiyev, Vətən Müharibəsi Qəhrəmanı, "Vətən Uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş gizir Anar Əlibəndəyev iştirak edirdilər. Microsoft Teams platformasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Sonra ŞƏHİDLƏRİN ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər öz şeir paylarını qonaqlar üçün söylədilər. Öyrəndikləri hərfləri nümayiş etdirərək biliklərini paylaşdılar.1 il ərzində keçdikləri məktəb yolu slayd şəkildə nümayiş olundu. Rəqs nömrəsinin nümayişi ilə tədbir yekunlaşdı. Sonda bütün müəllimlər uşaqları təbrik edərək, onlara dərslərində uğurlar arzu etdilər. Əziz birincilər, sizi təbrik edirik ! Sinif rəhbəri : İlahə Abdullazadə

Ətraflı

"Qarabağ Azərbaycandır!"21.12.2020-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi "Qarabağ Azərbaycandır!"adlı müsabiqənin II turu - rayon turu baş tutmuşdur. Rayon turunun keçirilməsi və təşkili məsələlər hər rayon üzrə regional akademiyalara həvalə olunmuşdur. Sabunçu rayonu üzrə regional akademiya olan Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb müsabiqənin təşkilatçılığında və keçirilməsində əsas rol oynamışdır. Rayon üzrə 42 məktəb iştirak etmişdir. Regional akademiyanın prezidenti Sərxan Şahverdiyev, Regional akademiya tərəfindən təyin olunmuş müəllimlər - Abdullazadə İlahə , Aşurova Zabitə, Binnətova Nərmin, Əliyeva Vüsalə , Kərimova İradə , Mustafayeva Lətifə tərəfindən müsabiqə zamanı Teams platforması üzərindən ciddi nəzarət olunmuş , şagirdlərin iştirakı yüksək səviyyədə təmin olunmuşdur. Müsabiqənin nəticələri BŞTİ tərəfindən yaxın günlərdə ictimaiyyətə açıqlanacaqdır. Müsabiqədə iştirak edən hər bir şagirdə uğurlar arzu edirik.

Ətraflı

"Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Yekun nəticələrə əsasən I yerə - 215 nömrəli tam orta məktəb, II yerə - 96, 112, 215, 307 nömrəli tam orta məktəblər, III yerə 67, 188, 215, 309 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşdür. I, II, III yeri qazanmış şagirdlər "diplom", finalda iştirak edən digər şagirdlər isə "fərqlənmə" ilə təltif olunmuşlar. Müsabiqə BŞTİ-nin F-512 nömrəli əmri əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. #Bizzəfərçaldıq#QarabağAzərbaycandır!

Ətraflı

Lütfi Zadə adına V Məntiq Olimpiadasının məktəb turu keçirildi20.12.2020-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Lütfi Zadə adına V Məntiq Olimpiadasının məktəb turu keçirildi. Olimpiadada 6-7-ci siniflər üzrə 30 şagird iştirak etmişdir. Məktəb rəhbərliyinin qərarına əsasən olimpiadanın keçirilməsi, təşkili məsələləri "Kiçik Akademiya"ya həvalə olunmuşdur. Yaxın günlərdə BŞTİ tərəfindən açıqlanacaq nəticələrə əsasən final turuna keçəcək şagirdlərin adı bəlli olacaqdır. Hər bir şagirdimizə uğurlar arzu edirik.

Ətraflı

"Qarabağ Azərbaycandır!"12.12.2020-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" nın Prezidenti Sərxan Şahverdiyev və tarix kafedrasının müdiri Quliyeva Şahnazın təşkilatçılığı ilə F-246 nömrəli əmri əsas tutaraq "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqəsinin məktəbdaxili turu təşkil olundu. Müsabiqədə 8-11-ci siniflər arasından 62 şagird iştirak etmişdir. Nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş 10 ç sinif şagirdi Nəcəfzadə Pərviz İntiqam oğlu rayon turuna vəsiqə qazanmışdır. Əlavə olaraq aşağıda adları qeyd olunan 5 şagird isə Sabunçu rayonu "Kiçik Akademiya"ları arasında keçiriləcək "Biz Zəfər Çaldıq" intellektual müsabiqəsinə vəsiqə qazanmışdır: 1. Fariz Nəcəfli - 8a 2. Zərnişan Babayeva - 9c 3. Səməd Behbudov - 8a 4. İbrahim Əkbərov - 10 b 5. Leyli Məlikova - 9b

Ətraflı

"Müasir Azərbaycan Gənclərinin İnkişafı və Karyerası"15.08.2020-ci il tarixdə Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların I Yay Məktəbinin növbəti görüşü baş tutdu. Görüşü Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının ibtidai siniflər üzrə rəhbəri İlahə Abdullazadə açıq elan etdi. Ardınca görüşün qonağı Azərbaycan Respublikası Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimovanı şagirdlərə təqdim etdi. R.Həşimova "Müasir Azərbaycan Gənclərinin İnkişafı və Karyerası" mövzusunda geniş çıxış etdi. Sonda isə şagirdlərin maraqlı sualları R.Həşimova tərəfindən geniş şəkildə cavablandırıldı.

Ətraflı

12 Avqust "Beynəlxalq Gənclər Günü" münasibəti ilə forum təşkil olundu12.08 2020-ci il tarixdə YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin və Sabunçu rayonu üzrə Regional "Kiçik Akademiya" nın təşkilatçılığı ilə 12 Avqust "Beynəlxalq Gənclər Günü" münasibəti ilə forum təşkil olundu. Forum Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Ardınca Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin MÜƏLLİMİ, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin fəalı, moderator İlahə Abdullazadə tədbiri giriş sözü ilə açaraq, sözü YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdrət Əlipənahova verdi. Q.Əlipənahov çıxış edərək, gənclər siyasətinin əsas məsələ olduğunu, cəmiyyətdə, dövlət idarəçiliyində gənclərin əsas rol oynadığını qeyd etdi. Ardınca söz Sabunçu rayonu üzrə Regional Akademiyanın rəhbəri Sərxan Şahverdiyevə verildi. S.Şahverdiyev çıxş edərək bildirdi ki, "Gənclər günü" nün ilk dəfə 1997-ci il 2 Fevral tarixində Ümummili Liderimiz, uzaqgörən siyasətçi Heydər Əliyev tərəfindən keçirlməsi məhz gənclərə verilən dəstəkdən irəli gəlir. S.Şahverdiyev çıxışında müasir dövrdə ölkə başıçısı, Prezident İlham Əliyev cənablarının, I Vitse - prezident Mehriban xanım Əliyevanın dəstəyini, həmişə gənclərə böyük önəm verdiyini vurğuladı. Sonda S.Şahverdiyev ulu öndər, Ümummilli Liderimiz Heydər Əliyevin çıxışların birində dediyi "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!" kəlamları ilə forumu sonlandırdı.

Ətraflı

"Müasir ədəbiyyatın cəmiyyət həyatına təsiri"11.08 2020-ci il tarixdə Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların I Yay Məktəbinin III görüşü baş tutdu. Görüşü Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların regional rəhbəri Sərxan Şahverdiyev açıq elan etdi. Ardınca moderator İlahə Abdullazadə Yay Məktəbinin qonağı Əməkdar incəsənət xadimi, dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Əli Əmirlini təqdim etdi. Ə.Əmirli "Müasir ədəbiyyatın cəmiyyət həyatına təsiri" mövzusu ətrafında geniş şəkildə mühazirə etdi. Sonda şagirdlərin sualları Ə.Əmirli tərəfindən cavablandırıldı.

Ətraflı

"Kiçik Akademiya" ların I Yay Məktəbinin I təlimi baş tutdu07.08.2020 - ci il tarixdə Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların I Yay Məktəbinin I təlimi baş tutdu. Təlimi Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların regional "Kiçik Akademiya" rəhbəri Sərxan Şahverdiyev açıq elan etdi. Moderator, Akademik X.Y. adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının ibtidai siniflər üzrə rəhbəri İlahə Abdullazadə təlimin ümumi mövzusu haqqında danışdı. Ardınca şagirdləri salamlamaq üçün sözü Sabunçu rayonu üzrə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Qüdrət Əlipənahova verdi. Q.Əlipənahov seçilmiş şagirdləri layihə boyunca məsuliyyətli, fəal olmaqları üçün çağırış etdi. Moderator İ.Abdullazadə layihəmizin qonağı olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və Dillər kafedrasının dosenti, Filologiya üzrə fəlsəfə doktoru Dürdanə Vəkilovanı şagirdlərə təqdim etdi. D Vəkilova təlim müddətində şagirdlərə "Xarici dillər bizə nə qazandırır?" mövzusu ətrafında geniş danışdı. Öz pedaqoji təcrübəsini şagirdlərimizlə bölüşdü. Sonda S.Şahverdiyev ümummilli liderimiz Heydər Əliyevin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm." kəlamları ilə təlimi sonlandırdı.

Ətraflı

Yay məktəbinin online açılışı baş tutdu04.08.2020-ci il tarixdə Akademik X.Y. adına 112 nömrəli tam orta məktəbin rəhbərliyi və “Kiçik Akademiya” sı , Sabunçu rayonu Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Sabunçu rayon Regional “Kiçik Akademiya”sının təşəbbüsü və iştirakı ilə respublikada ilk dəfə olaraq Sabunçu rayon “Kiçik Akademiya”sının Yay məktəbinin online açılışı baş tutdu. Açılış Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Giriş sözü ilə 112 nömrəli tam orta məktəbin direktoru Xədicə Babayeva çıxış etdi və şagirdlərə Yay məktəbinin onların düşüncə və həyat tərzlərində mühüm rol oynayacağını, bəlkə də, gələcəklərini qurmaqlarında bilavasitə əhəmiyyət kəsb edəcəyini söylədi. O qeyd etdi ki, bu layihə Respublikada “Kiçik Akademiya”ların fəaliyyətində ilk dəfə olaraq həyata keçirilir. X.Babayevanın çıxışından sonra Sabunçu rayonu Regional “Kiçik Akademiya”sının , 112 nömrəli tam orta məktəbin “Kçik Akademiya”sının, 4 nömrəli Valideyn –Müəllim-Assosasiyasının sədri Sərxan Şahverdiyev Yay məktəbinin əsas mahiyyəti və onun təşkil olunmasının əsas səbəbləri haqqında danışaraq qeyd etdi ki, əsas məqsəd 2019-2020-ci tədris ilində “Kiçik Akademiya”nın fəaliyyətində fərqlənən şagirdlər önəm verilməsidir. Mövcud vəziyyət ilə əlaqədar olaraq online keçirilən Yay məktəbləri gələcəkdə daha geniş əhatə dairəsində keçiriləcəyi qeyd olundu. Sonda şagirdlərin sualları cavablandırıldı və onların təklifləri, iradları” bizim üçün çox maraqlı olacaq” deyə, tövsiyyələr verildi.

Ətraflı

Online I Yay MəktəbiSabunçu rayonu üzrə "Kiçik Akademiya" ların işlərinin genişləndirilməsi məqsədi ilə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin və Sabunçu "Kiçik Akademiya" ların təşkilatçılığı ilə online I Yay Məktəbi təşkil olunacaq. Online I Yay Məktəbinin açılış mərasimi 04.08.2020 - ci il tarixdə baş tutacaqdır. Açılış mərasimində Akademik Xoşbəxt Yusifzadə adına tam orta məktəbin direktoru Xədicə Babayeva, Sabunçu "Kiçik Akademiya" larının məsul şəxsi, 4 nömrəli VMA sədri Sərxan Şahverdiyev iştirak edəcəkdir. İnanırıq ki, bu layihə şagirdlərimizin həyatında böyük bir uğur olacaq. #BizBirlikdəGüclüyük

Ətraflı

15 iyun "QURTULUŞ BAYRAMINIZ MÜBARƏK!A.X.Y. adına 112 nömrəli tam orta məktəbin məktəb "Kiçik Akademiya" sının və Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların təşkilatçılığı ilə 15 iyun "Qurtuluş günü" nə həsr olunmuş online video çarx müsabiqəsi təşkil olunmuşdur. Müsabiqədə 20-dən çox məktəb iştirak etmişdir. Pandemiya dövründə şagirdlərin işlərinin qiymətləndirilməsi, layihələrə maraqlarının artırılması məqsədilə müsabiqədə iştirak edən hər bir şagird fəal iştirakçı adı ilə KA və SKA rəhbəri Sərxan Şahverdiyev tərəfindən "DİPLOM" ilə təltif olunmuşdur. İştirak edən hər məktəbə və şagirdlərimizə gələcək işlərində uğurlar arzu edirik! #BizBirlikdəGüclüyük #evdəqal#təhsildənqalma 15 iyun "QURTULUŞ BAYRAMINIZ MÜBARƏK!

Ətraflı

"Heydər Əliyev - 97" adlı online elmi-praktiki konfrans keçirildi10.05.2020 - ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının təşkilatçılığı ilə Microsoft Teams proqramında Sabunçu rayonu "Kiçik Akademiya" ları üzrə "Heydər Əliyev - 97" adlı online elmi-praktiki konfrans keçirildi. Online elmi - praktiki konfransda direktor müavinləri, KA rəhbərləri, şagirdlər iştirak edirdi. Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhifəsini paylaşdığı videoçarx ilə başladı. Ardınca SKA və KA - nın məsul rəhbəri Sərxan Şahverdiyev giriş sözü ilə tədbiri açıq elan etdi. Daha sonra online elmi-praktiki konfransda iştirak hüququ qazanmış məktəblərin şagirdləri ardıcıl olaraq, müxtəlif məzmunlu məruzələrlə çıxış etdilər. Sonda konfransda fəal iştiraklarına görə şagirdlər sertifikatlarla təltif olundular.

Ətraflı

"Heydər Əliyev - 97" adlı online konfrans keçirildi10.05.2020 - ci ildə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sı və VMA - snın təşkilatçılığı ilə "Heydər Əliyev - 97" adlı online konfrans keçirildi. Online konfrans Microsoft Teams proqramı üzərindən təşkil olunmuşdur. Konfaransı giriş sözü ilə məktəb direktoru Xədicə Babayeva başladı. Konfransda müxtəlif siniflərdən olan şagirdlərimiz hazırladıqları məruzələr üzrə çıxışlar etdilər. Sonda KA və VMA rəhbəri Sərxan Şahverdiyev ümummilli liderimiz Heydər Əliyev haqqında öz fikirlərini şagirdlərlə bölüşmüşdür.

Ətraflı

Məktəbimizdə online iclas keçirildiV01.04.2020-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb pedaqoji sahədə ilkə imza ataraq online iclas təşkil etdi. İclasda məktəbin direktoru Xədicə Babayeva, Təlim - tədris işləri üzrə direktor müavini Həsən Bərxudarov, VMA və KA prezidenti Sərxan Şahverdiyev, Uşaq birliyin rəhbəri Ziyafət Məmmədova, metodbirləşmə sədrləri, müəllimlər, laborantlar, VMA rəhbərliyi iştirak etdi. İclası giriş sözü ilə X.Babayeva başladı. X.Babayeva bildirdi ki, COVİD-19 virusunun qarşısının alınması ilə xüsusi karantin rejimi elan olunub. Bununla bağlı olaraq təlim-tədris online sistemə keçid almışdır. Online sistem ilə şagirdlərə dərslərin keçirilməsi, 9-11-ci siniflər üzrə online sınaqların təşkil edilməsi haqqında söhbətlər apardı. Ardınca silsiləvari olaraq məktəb rəhbərliyi və pedaqoji kollektivdən çıxışlar oldu. Sonda isə "COVİD-19-təhsilimizi əlimizdən ala bilməzsən" şuarı altında iclas sona çatdı.

Ətraflı

Təbriklər4 Fevral 2020-ci il tarixdə məktəbimizdə 4 nömrəli Valideyn - Müəllim - Assosasiyasının siniflər üzrə nümayəndələri məktəb direktoru Babayeva Xədicə, VMA prezidenti Sərxan Şahverdiyev tərəfindən mükafatlandırıldı. Mükafatlandırmaya I yarım il üzrə maliyyə hesabatların düzgün, vaxtında yerinə yetirən, məktəblə yaxından əlaqədə olan VMA sinif nümayənləri layiq görülmüşdür. Bütün valideynlərimizə uğurlar diləyir , gələcək mükafatlandırmada digər valideynlərimizi görməyi arzu edirik.

Ətraflı

" İlin Ən Yaxşı Müəllimi "4 Fevral 2020-ci il tarixdə 112 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi, "Kiçik Akademiya", "Valideyn - Müəllim - Assosasiyası" nın təşkilatçılığı ilə təltifetmə mərasimi keçirildi. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Ardınca KA və VMA prezidenti Sərxan Şahverdiyev 2 nominasiya üzrə təltifetmə apardı. I nominasiya üzrə KA və VMA-nın I yarım il üzrə işlərində fərqləndiyini görə, II nominasiya isə VMA - nın təşkilatçılığı ilə keçirilən" İlin Ən Yaxşı Müəllimi "müsabiqəsi üzrə idi. I nominasiya üzrə müəllimlərdən - Abdullazadə İlahə, Əliyeva Vüsalə, Ağazadə Mətanət, Quliyeva Şahnaz, şagirdlərdən - Zamanova Arzu, Abbaslı Səma təltif olundu. II nominasiya üzrə Adıgözəlova Mənsurə, Kərimova İradə, Mirzəyeva Şəntürk, Rəcəbova Elnarə, Mustafayeva Lətifə təltif olundu. Bir daha məktəb rəhbərliyi adından müəllimlərimizi və şagirdlərimizi təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzu edirik.https://bakimektebleri.edu.az/112

Ətraflı

"Gənclər bizim gələcəyimizdir"3 Fevral 2020-ci il tarixdə məktəbimizdə VIII-X siniflərin iştirakı ilə "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbiri açıq elan edən VMA və KA prezidenti Sərxan Şahverdiyev qeyd edib ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərdən biri olub. Əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti ölkə başçısı İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməklə, yeni bir mərhələyə qədəm qoymuşdur. S.Şahverdiyev bildirib ki, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2017-ci il 15 sentyabr sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi, 2020-ci ilin "Könüllülər ili" elan edilməsi bariz nümunələrdəndir. Sonda S.Şahverdiyev gənclərimizi bir daha təbrik edərək, onlara təhsillərində və fəaliyyətlərində uğurlar arzu edib. Tədbir gənclər siyasəti ilə bağlı olan video çarxla sonlandı.

Ətraflı

Məktəbimizdə I yarımil pedaqoji şura iclası keçirildi31 Yanvar 2020-ci il tarixdə 2019-2020-ci tədris ilinin I yarımil pedaqoji şura iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca məktəbimiz haqqında qısa video çarxa baxış oldu. Daha sonra məktəb direktoru Xədicə Babayeva şuranın gündəlik məsələsini diqqətə çatdırdı. TTİ üzrə direktor müavini Həsən Bərxudarov keçirilən BSQ-lər, imtahanlar haqqında nəticələri elektron formatda izah etdi. İrəliləmə, geriləmə məsələləri, şagirdlərin nailiyyətləri, tədris keyfiyyətləri haqqında ümumi məlumat verdi. VMA və KA prezidenti Sərxan Şahverdiyev 2019-2020-ci tədris ilində KA və VMA fəaliyyəti, keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. İclasın sonunda məktəb direktoru X.Babayeva nəticəsi ilə fərqlənən müəllimləri təbrik etdi .

Ətraflı

Şəhidlər Xiyabanı17.01.2019-cu il tarixdə məktəbimizin rəhbərliyi və VMA-nın təşkilatçılığı ilə 8"A", 8"B", 8"C" sinif şagirdlərinin fəallarından ibarət qrup ilə Sabunçu rayonunda yerləşən "Şəhidlər Xiyabanı" na ziyarəti baş tutdu. Ziyarət əsnasında VMA və KA prezidenti Sərxan Şahverdiyev şagirdlərə "20 Yanvar" şəhidləri haqqında qısa məlumat verdi.

Ətraflı

" Bakteriyalar və insanların həyatına təhlükə"16 Yanvar 2019-cu il tarixdə KA və VMA-nın təşkilatçılığı ilə  məktəbimizin VI "Ç" sinif şagirdləri " Bakteriyalar və insanların həyatına təhlükə"adlı seminar təşkil etdilər. Seminarda KA-nın Biologiya kafedrasının müəllimi M.Lətifə seminar ilə bağlı şagirdlərə yaxından dəstək vermişdir.

Ətraflı

Böyük Summativ Qiymətləndirmə13 - 16 Yanvar 2019-cu il tarixdə məktəbimizdə rəhbərlik və VMA-nın təşkilatçılığı ilə 4-11-ci siniflərdə Böyük Summativ Qiymətləndirmə təşkil olunmuşdur. Qiymətləndirmənin keçirilməsi davam etməkdədir.

Ətraflı

YENİ İLİNİZ MÜBARƏK28-29 dekabr tarixlərində 112 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi və VMA-nın təşkilatçılığı ilə 1-11-ci siniflər üzrə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş "Parti" təşkil olundu. Parti silsiləvari olaraq iki gün davam etdi. Partidə bir-birindən fərqli mahnılar, əyləncəli oyunlar, Şaxta baba, Şirinburun, Qar qız təşkil edilmişdi. Biz də 112 ailəsi adından hamını "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibəti ilə təbrik edirik.

Ətraflı

"Dünya Azərbaycanlılarının Həmrəylik Günün"27 dekabr 2019-cu il tarixdə 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının və SKA-nın təşkilatçılığı, BŞTİ-nin, SGE-nin, 4 nömrəli VMA-nın, ADMİU TGT-nin, Edu Grata təhsil mərkəzinin dəstəyi ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Gününə" həsr olunmuş intellektual olimpiadanın təltifetmə mərasimi keçirildi. Mərasimdə BŞTİ-nin inkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, SGE-nin direktoru Samir Mehralıyev, SKA və VMA-nın prezidenti Sərxan Şahverdiyev, Edu Grata təhsil mərkəzinin direktoru Cəlal Cümşidi, məktəb direktorları, direktor müavinləri, KA prezidentləri, valideynlər, şagirdlər iştirak etdi. Mərasimdə I, II, III yerlərin sahibləri diplom və hədiyyə ilə, digər komandalar isə fərqlənmə sertifikatı ilə təltif olundular. Olimpiadanın keçirilməsində əsas məqsəd Sabunçu rayonu üzrə "Kiçik Akademiya" lar arasında əlaqələrin genişləndirilməsi idi. Sonda Edu Grata təhsil mərkəzinin rəhbəriliyinə, 170 nömrəli tam orta məktəbin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.

Ətraflı

"Gəlin təbiəti birlikdə qoruyaq"26 dekabr 2019-cu il tarixdə KA-nın və VMA təşkilatçılığı ilə "Gəlin təbiəti birlikdə qoruyaq" adlı tədbir keçirildi. Tədbirdə KA-nın biologiya kafedrasının məsləhətçi müəllimi Mustafayeva Lətifənin 7"A" və 7"B" şagirdləri çıxış etdilər. Onlar təbiətin qorunması, təbiətin bizə faydası haqqında maraqlı məlumatlar verdilər. Sonda şagirdlər AVMA-nın icraçı direktoru Şahin Rəcəbov, məktəb direktoru Xədicə Babayeva, VMA-prezidenti Sərxan Şahverdiyev tərəfindən sertifikat ilə təltif olunmuşdur. Gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

Ətraflı

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"25 dekabr 2019-cu il tarixdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nə həsr olunmuş intellektual olimpiadanın final turu 170 nömrəli tam orta məktəbdə baş tutdu. Olimpiada Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. SKA-nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə şərtləri haqqında şagirdlərə məlumat verdi. Sonda ümumi nəticələr üzrə qaliblər elan olundu. Olimpiada BŞTİ-nin, Sabunçu rayonu üzrə Regional Akademiyanın, Sabunçu Gənclər Evinin, 112 nömrəli tam orta məktəbin, ADMİU TGT-nin, 4 nömrəli VMA-nın, Edu Grata təhsil mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Olimpiadada 24 komanda, 96 şagird iştirak etmişdir. Olimpiadanın keçirilməsində əsas məqsəd Sabunçu rayonu üzrə "Kiçik Akademiya" lar arasında fəaliyyət istiqamətini gücləndirməkdir.https://bakimektebleri.edu.az/112

Ətraflı

"Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblərarası Fibonacci intellektual yarışı"Məktəbimizin "Kiçik Akademiya" sının üzvləri Azərbaycan Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblərarası Fibonacci intellektual yarışı" nın II mövsümünün növbəti turunda iştirak ediblər. Məktəbimizin "112-ci Planet" adlı komandası yarışda yüksək nəticə əldə edərək, bala uyğun olaraq ilk altılığa qədər yüksəlmişlər. Şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik.

Ətraflı

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"20 dekabr 2019-cu il tarixdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nə həsr olunmuş intellektual olimpiadanın I turu 170 nömrəli tam orta məktəbdə keçirildi. Olimpiada BŞTİ-nin, Sabunçu rayonu üzrə Regional Akademiyanın, Sabunçu Gənclər Evinin, 112 nömrəli tam orta məktəbin, ADMİU TGT-nin, 4 nömrəli VMA-nın, Edu Grata təhsil mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Olimpiadada 40-dan çox komanda, 150-dən çox şagird iştirak etmişdir. Olimpiadanın keçirilməsində əsas məqsəd Sabunçu rayonu üzrə "Kiçik Akademiya" lar arasında fəaliyyət istiqamətini gücləndirməkdir. İntellektual olimpiadanın təşkil olunmasında və bilavasitə kömək olan bütün təşkilatı qürumlara, o cümlədən 170 nömrəli tam orta məktəbin, ADMİU TGT-nin, Edu Grata təhsil mərkəzinin rəhbəriliyinə öz təşəkkürlərimizi bildiririk .

Ətraflı

"Valideynin məktəbdə bir günü"18 dekabr 2019-cu il tarixdə məktəb rəhbərliyi və VMA-nın təşkilatçılığı ilə "Valideynin məktəbdə bir günü" layihəsi baş tutdu. Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış oldu. Onlara məktəbin fəaliyyəti, tədris prosesi haqqında məlumatlar verildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi. Ardınca valideynlər üçün seminar təşkil olundu. Seminarda KA-nın ibtidai bölmələr üzrə rəhbəri İlahə Abdullazadə çıxış etdi. Sonda VMA prezidenti Sərxan Şahverdiyev valideynlərin suallarını cavablandırdı.

Ətraflı

"İstedadlılarımızı tanıyaq"12 dekabr 2019-cu il tarixdə məktəb rəhbərliyi və VMA tərəfindən F-531 nömrəli əmri icra edərək "İstedadlılarımızı tanıyaq" layihəsi üzrə keçirilən olimpiadanın nəticələrinə uyğun olaraq şagirdlər diplom və sertifikatla təltif olundu. Ümumilikdə olimpiadada II-IV siniflər üzrə 60-a yaxın şagird iştirak etmişdir. Ən yüksək bal toplamışlar diplomla, fərqlənən şagirdlər isə sertifikat ilə təltif olunmuşdur. Gələcəkdə daha böyük uğurlar arzu edirik.

Ətraflı

"112-ci Planet"Məktəbimizin "Kiçik Akademiya" sının üzvləri Azərbaycan Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblərarası Fibonacci intellektual yarışı" nın II mövsümünün növbəti turunda iştirak ediblər. Məktəbimizin "112-ci Planet" adlı komandası yarışda yüksək nəticə əldə edərək, bala uyğun olaraq ilk üçlüyə qədər yüksəlmişlər. Şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik.

Ətraflı

"Həmrəylik"06-09 Dekabr tarixlərində "Kiçik Akademiya" və VMA-nın prezidenti Sərxan Şahverdiyev "Həmrəylik" düşərgəsində iştirak etmişdir. Düşərgə Azərbaycan Gənclər və İdman nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Asan Xidmətlər Mərkəzinin, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilatı dəstəyi ilə keçirilmişdir. Düşərgə Qusarda baş tutmuşdur. Düşərgə ərzində Dövlət Agentliyinin sədr müavini, Gənclər Fondunun icraçı direktoru, Asan Xidmətlər Mərkəzinin aparat rəhbərləri, Bakı Gənclər Mərkəzinin direktoru, müharibə və döyüş qaziləri, media nümayəndələri ilə panellər təşkil olunmuşdur. Bundan savayı S.Şahverdiyev düşərgə ərzində intellektual oyunlar və.s işlər təşkil olunan zaman yaxından dəstək olmuşdur. S.Şahverdiyevə gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzu edirik.

Ətraflı

"İstedadlılarımızı tanıyaq"04 dekabr 2019-cu il tarixdə məktəb rəhbərliyi və "Kiçik Akademiya" nın təşkilatçılığı ilə F-531 nömrəli əmrin 4.7-ci bəndini əsas tutaraq II-IV siniflər arasında "İstedadlılarımızı tanıyaq" layihəsi üzrə olimpiada keçirildi. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin istedadlarını, potensiallarını üzə çıxarmaqdır. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Mirzə Şəfi Vazeh- 22503 dekabr 2019-cu il tarixdə  məktəb rəhbərliyi və "Kiçik Akademiya" nın ibtidai bölməsinin təşkilatçılığı ilə "Mirzə Şəfi Vazeh 225" adlı şagirdlərin təqdimatları dinlənildi. Təqdimatda yenilik olaraq, ibtidai sinfi yenicə bitirmiş V "Ç" sinif şagirdləri təqdimatlar hazırlamışdır. Təqdimatda M.Ş.Vazehin həyatı, yaradıcılığı öz əksini tapmışdır. Kiçik tədqiqatçılarımıza uğurlar arzu edirik.!!!

Ətraflı

" Kiçik Akademiya "lar arası müsabiqənin məktəb turu29 noyabr 2019-cu il tarixdə məktəb rəhbərliyi və "Kiçik Akademiya" nın təşkilatçılığı ilə BŞTİ-nin F-426 nömrəli əmrini əsas tutaraq VIII-X siniflər dən ibarət "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəb turu təşkil olundu. Məktəb turunda 10 şagird müxtəlif mövzular ilə çıxış etdi. Sonda 8 "B" sinif şagirdi Cəfərova Xalidə qalib gələrək, növbəti turda iştirak etmək hüququ qazanmışdır. Şagirdimizə uğurlar arzu edirik.

Ətraflı

Kiçik tədqiqatçılar27 noyabr 2019-cu il tarixdə məktəb rəhbərliyi və "Kiçik Akademiya" nın ibtidai bölməsinin təşkilatçılığı ilə "Kiçik tədqiqatçılar" müsabiqəsinin məktəbdaxili turu keçirildi. Müsabiqədə 28 şagird iştirak etdi. Yaradılmış komissiya tərəfindən meyarlara uyğun olan 5 şagird seçilmişdir. Nəticələrə əsasən 2 ”D”, 3 ”A”, 3 ”C”, 4 ”B”, 4 ”C “siniflərindən ən yüksək nəticə göstərmiş 1 şagird rayon-şəhər mərhələsinə vəsiqə qazanmışdır. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Bullinq və onun fəsadları27 noyabr 2019-cu il tarixdə direktor Xədicə Babayevanın, TTİ üzrə direktor müavini Həsən Bərxudarovun, KA prezidenti Sərxan Şahverdiyevin təşkilatçılığı ilə "Bullinq" adlı seminar keçirildi. Seminarda TTİ üzrə direktor müavini H.Bərxudarov şagirdlərin sağlam həyat tərzi, zorakılıq, insan hüquqları haqqında şagirdlərə məlumat verdi. Ardınca KA prezidenti S.Şahverdiyev seminar ilə əlaqədar şagirdlərin suallarını dinlədi. Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam mühitin, sağlam həyat tərzinin yaradılması idi.

Ətraflı

Ekologiya sağlam həyat tərzidir27 noyabr 2019-cu il tarixdə "Kiçik Akademiya" nın biologiya kafedrasının məsləhətçi müəllimi Mustafayeva Lətifənin rəhbərliyi ilə 7 "B" sinif şagirdlərinin hazırladıqları "Ekologiya sağlam həyat tərzidir" adlı seminar baş tutdu. Seminarda şagirdlər ekologiyamızı qoruyaq, qırmızı kitaba sahib çıxaq, ağaclar əkək tipli məlumatları şagirdlərə ötürdülər. Sonda KA prezidenti Sərxan Şahverdiyev məsləhətçi müəllimə və şagirdlərə öz təşəkkürünü bildirdi.

Ətraflı

Beynəlxalq İnformasiya Təhlükəsizliyi26 noyabr 2019-cu il tarixdə "Kiçik Akademiya" nın üzvlərinin təşkilatçılığı ilə 4"C" sinfində "Beynəlxalq İnformasiya Təhlükəsizliyi" mövzusunda seminar keçirildi. KA-nın prezidenti Sərxan Şahverdiyev ilkin olaraq informasiya nədir, onun müsbət və mənfi xüsusiyyətləri haqqında danışdı. Ardınca KA-nın ibtidai siniflər üzrə bölmə rəhbəri İlahə Abdullazadə informasiya təhlükəsizliyi, lokal və qlobal şəbəkələr haqqında məlumat verdi. Sonda KA-nın üzvlərinin hazırladığı slayd və video çarxlara baxış oldu.

Ətraflı

Məktəbdaxili olimpiadanın növbəti turu25 noyabr 2019-cu il tarixdə Fəaliyyət Planının 1.1.1.19-cu bəndini əsas turaraq TTİ üzrə direktor müavini Bərxudarov.H, KA prezidenti Şahverdiyev. S olimpiadanın məktəb mərhələsinin növbəti turunu təşkil etdilər. Olimpiada Ana dili - ədəbiyyat, tarix, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə təşkil olunmuşdur. Bu turdan yüksək nəticə əldə etmiş şagirdlər şəhər-rayon turunda iştirak üçün vəsiqə qazanacaqlar. Yüksək nəticə əldə etmiş şagirdlərlə KA-nın olimpiada qrupunda xüsusi müəllimlər tərəfindən dərslər keçiriləcəkdir.

Ətraflı

Buraxılış imtahanı verən şagirdlərlə görüş25 noyabr 2019-cu il tarixdə Fəaliyyət Planının 1.1.3.7-ci maddəsini əsas tutaraq, 9-cu sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə TTİ üzrə direktor müavini H. İ. Bərxudarov, KA-nın prezidenti S.R.Şahverdiyev şagirdlərə buraxılış imtahanında onlara təqdim olunacaq fənlərin, sualların ümumi məzmunu haqqında danışdı. Psixoloq A.E.Həsənova isə şagirdlərlə psixoloji cəhətdən imtahanlara hazır olmaları, həyəcan olmadan tapşırıqları yerinə yetirməkləri haqqında söhbətlər apardı.

Ətraflı

112-ci PlanetMəktəbimizin "Kiçik Akademiya" sının üzvləri Azərbaycan Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblərarası Fibonacci intellektual yarışı" nın II mövsümündə iştirak ediblər. Məktəbimizin "112-ci Planet" adlı komandası yarışda yüksək nəticə əldə ediblər. Şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik.

Ətraflı

Kiçik Akademiya prezidentlərinin təlimlərinə start verildi02 noyabr 2019-cu il tarixdə III Qrant Müsabiqənin qalibi olmuş 232 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 60 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" prezidentlərinin təlimlərinin keçirilməsinə başlanılmışdır. Təlimdə məktəbimizin "Kiçik Akademiya" prezidenti S.Şahverdiyev iştirak etmişdir. Təlimdə rəhbərlərə ixtiraçılıq, kəşf qabiliyyətləri haqqında məlumat verilmişdir.

Ətraflı

Məktəbimizdə "Birləşmiş Millətlər Təşkilatının tarixi" adlı seminar keçirildi29 oktyabr 2019-cu il tarixdə "Kiçik Akademiya" nın Tarix kafedrasının müəllimi Əhmədova Aynurənin rəhbərliyi ilə VIII " C " sinfində "Birləşmiş Millətlər Təşkilatının tarixi" adlı seminar keçirildi. Seminarda KA-nın vitse-prezidenti Zamanova Arzu öz məruzəsi ilə çıxış edərək şagirdlərə BMT-nin yaranması, tarixi, gördüyü işlər barədə məlumat verdi.

Ətraflı

112-ci PlanetMəktəbimizin "Kiçik Akademiya" sının üzvləri VMA - nın təşkilatı dəstəyi ilə Azərbaycan Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışı" nın II mövsümündə iştirak ediblər. Məktəbimizin "112-ci Planet" adlı komandası yarışda fərqlənərək növbəti tura vəsiqə qazanıblar. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

IV siniflərə sınaq imtahanı keçirildi16.10.2019-cu il tarixdə Təhsil Nazirliyinin F-531 nömrəli əmrinə əsasən məktəb rəhbərliyi və VMA-nın təşkilatçılığı ilə IV siniflər üzrə Azərbaycan dili fənnindən sınaq keçirildi. Sınağın keçirilməsində əsas məqsəd şagirdlərin bilik səviyyələrinin öyrənilməsi idi.

Ətraflı

Məktəbimizdə Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdulla oğlu Rzayevin " Həyatına baxış " adlı seminar keçirildi15.10.2019-cu il tarixdə məktəbimizdə "Kiçik Akademiya" nın və VMA-nın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdulla oğlu Rzayevin " Həyatına baxış " adlı seminar keçirildi. Seminarda KA-nın prezidenti S.Şahverdiyev şagirdlərə qəhrəmanın həyat yolu haqqında məlumat verdi. Ardınca KA-nın üzvlərinin hazırladığı maraqlı məruzələr dinlənildi.

Ətraflı

Məktəbimizdə "Türk dilli xalqların birliyi" adlı seminar keçirildi11.10.2019-cu il tarixdə "Kiçik Akademiya" nın Tarix kafedrasının müəllimi Q.Şahnazın rəhbərliyi ilə "Türk dilli xalqların birliyi" adlı seminar keçirildi. Seminarda Q.Şahnaz şagirdlərə türk dilli xalqların birliyi, tarixi haqqında məlumat verdi. Humanitar bölmənin şagirdlərinin məruzələri dinlənildi.

Ətraflı

Məktəbimizdə "Elektron məktubun tarixinə baxış" adlı seminar keçirildi10.10.2019 - cu il tarixdə "Kiçik Akademiya" nın İnformatika kafedrasının müəllimi A.Mətanətin rəhbərliyi ilə "Elektron məktubun tarixinə baxış" adlı seminar keçirildi. Seminarda kafedra rəhbəri A. Mətanət elektron məktubun tarixi haqqında şagirdlərə məlumat verdi. KA-nın üzvlərinin məruzələri dinlənildi.

Ətraflı

Xocavənd rayonunun işğalından 27 il ötürBu gün qədim tarixə malik olan Xocavənd rayonunun işğalından 27 il ötür.1992-ci il oktyabrın 2 –də erməni işğalçıları tərəfindən işğal olunub.İşğal zamanı 13 nəfəri qadın və 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid olub.300-dən çox insan sağlamlığını itirib.110 nəfər dinc sakin əsir və girov olmaqla erməni vəhşiliyinin qurbanı olub. Bu təqvimlə əlaqədar olaraq məktəbimizin VII “ D “ sinfində KA təşkilatçılığı ilə “ Xocavəndsiz 27 il “ adlı tədbir keçirilib.Himn səslənib.KA prezidenti S.Şahverdiyev çıxış edərək Xocavəndin tarixi,işğalı,maddi mədəniyyət abidələri haqqında şagirdlərə məlumat verib.Məqsəd gələcəyimiz olan şagirdlərin öz milli keçmişini unutmaması,təqvimlərimizə qara hərflərlə yazılmış bu günləri yadda saxlamasıdır.Tədbirlə əlaqədar hazırlanan təqdimatlar dinlənilib.Videoçarx izlənilib.

Ətraflı

Milli Qəhrəmanlarımız UnudulmurKiçik Akademiyanın təşkilatçılığı ilə  məktəbimizin II “C” sinfində Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Natiq İlyas oğlunun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə M.Nuray və Ə.Məryəm çıxış edərək qəhrəmanın həyatı,keçdiyi döyüş yolu,qəhrəmanlıqları haqqında məlumat verib.Qəhrəmanın döyüş yolu haqqında videoçarx izlənilib və təqdimatlar hazırlanıb.

Ətraflı

Dilimiz milli varlığımızdırAzərbaycan dilinin dövlət dili elan olunması ilə bağlı məktəbimizdə KA rəhbərliyi və humanitar bölmənin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Humanitar bölmənin üzvləri M. Şəntürk və M.Nilufər iştirak edib.Müəllimlər çıxış edərək dilimizin müqəddəsliyi,bütövlüyü,qədim tarixə malik olması,dünya dilləri arasında yeri haqqında şagirdlərə məlumat veriblər. Şagirdlər dilimizin inkişaf yolu haqqında məruzə ediblər.

Ətraflı

Əsrin müqaviləsi1994- cü il sentyabrın 20 – də Ulu öndərimiz H.Əliyevin rəhbərliyi ilə Dövlət Neft Şirkəti ilə xarici ölkə şirkətləri arasında “ Əsrin müqaviləsi “ imzalandı.Bu gün o tarixdən 25 il ötür .Bu müqavilə ilə xalqın tarixində çox dəyişiklik baş verdi.Azərbaycan nefti dünya ölkələrinə ixrac olunmağa başladı.Ölkənin iqtisadi həyatında müsbət dəyişikliklər baş verdi. Bu təqvimlə əlaqədar olaraq  məktəbimizdə K A rəhbərliyinin təşkilatçılığı ilə VII “ A” sinfində “Dəyirmi masa “ keçirildi. K A rəhbəri S.Şahverdiyev, eləcə də humanitar bölmənin üzvü Əlizadə Dərya çıxış edərək əsrin müqaviləsinin xalqın taleyində oynadığı roldan danışdı.Neftdən gələn gəlirin xalqın rifahı,təhsili,ölkənin abadlaşdırılması üçün xərcləndiyi bildirildi.

Ətraflı

III Qrant Müsabiqəsinin açılış mərasimi20.09.2019-cu il tarixdə  məktəbimizin "Kiçik Akademiya" sının prezidenti Sərxan Şahverdiyev "Kiçik Akademiya rəhbərlərinin təlimi" ilə bağlı olan III Qrant Müsabiqəsinin açılış mərasimində iştirak etmişdir. Mərasimdə BŞTİ - nin İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc xanım Əzimova, Sabahın Alimləri layihəsinin elmi-ekspertiza şurasının direktoru Samir m, məktəb direktorları , KA-nın rayonlar üzrə öndə olan məktəbləri iştirak etmişdir. Sonda KA-nın prioritet istiqamətləri, Təhsil Nazirliyinin birbaşa "Kiçik Akademiya" lar haqqında verdiyi əmrlər barədə danışılmışdır.

Ətraflı

Regional Mərkəzin I iclası keçirildiMəktəbimizin “ Kiçik Akademiya ” sının təşkilatçılığı ilə Sabunçu rayonu üzrə Regional Mərkəzin I iclası keçirildi.Tədbir Dövlət Himninin səslənməsi ilə başlanıldı. İclasda Sabunçu rayonu məktəbləri iştirak edirdi. Regional bölmənin rəhbəri KA prezidenti S.Şahverdiyev çıxış edərək məktəbin fəaliyyət planı , rayon səviyyəsində görüləcək işlər barədə danışdı.Sonda yeni ideyaları ,layihələri olan məktəblər öz fikirlərini bildirdilər.

Ətraflı

“ Təhsilin insan həyatında rolu “Məktəbimizdə “ Kiçik Akademiya “ prezidenti S. Şahverdiyevin təşkilatçılığı ilə V-VIII siniflər üzrə “ Təhsilin insan həyatında rolu “ adlı seminar keçirilmişdir.Seminardan 200-ə yaxın şagird yararlanmışdır.Çıxış edən S.Şahverdiyev seminarın əsas məqsədini açıqlayaraq,təhsilin insan həyatında rolu haqqında şagirdlərə məlumat verdi. Əsasən valideynin övlada verdiyi ən böyük mirasın təhsil ,elm olduğunu KA prezidenti vurğuladı. Sonda ümummilli lider H.Əliyevin və prezidentimiz İ.Əliyevin təhsil və müəllim haqqında fikirləri şagirdlərə çatdırıldı.

Ətraflı

“ Özünlə başla “ yay məktəbiMəktəbimizin “ Kiçik Akademiya” sının rəsm kafedrasının üzvü Quliyev İbrahim SGE – nin təşkil etdiyi “ Özünlə başla “ yay məktəbində iştirak etmişdir. Şagirdimiz yay məktəbində keçirilən təlim və oyunlarda fəallıq göstərmiş, istirahətini gözəl keçirmiş və xoş təəssüratlarla geri qayıtmışdır.Şagirdimizə təhsilində və işlərində müvəffəqiyyətlər arzu edirik.

Ətraflı

“Gənc Alimlər”Sabunçu Gənclər Evi məktəblilərin yay tətilini təmin etmək üçün müxtəlif layihələr həyata keçirib. Bu layihələrdən biri də “Gənc alimlər” layihəsi oldu. Məktəbimizin “Kiçik Akademiya”sının Fizika kafedrasının üzvləri həmin layihədə “Gənc Fiziklər” klubu olaraq iştirak edirlər. Klub rəhbəri isə KA prezidenti S.Şahverdiyevdir. Gənc fiziklər layihə boyunca KA-nın məsləhətçi müəllimi N.Eldarlıdan məsləhətlər alırlar. Gənc fiziklərimizə işlərində uğurlar arzu edirik.

Ətraflı

"Yay festivalı"ATGT,CGB,AGB və Azərbaycan Turizm Agentliyinin təşkilatçılığı ilə 14-18 iyul tarixində tələbələrin "Yay festivalı" keçirildi.Festivalda 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti Sərxan Şahverdiyev də iştirak etmişdi.Bu möhtəşəm tədbirdə 500- ə yaxın tələbə iştirak edirdi.Festivalda müxtəlif tədbirlər,panellər və debatlar təşkil olunmuşdu.Əsas məqsəd gənclər arasında şəbəkələşmənin yaradılması,Azərbaycançılıq ideologiyasının yayılmasıdır.Tədbirdə iştirakçıların asudə vaxtını səmərəli,maraqlı təşkil etmək üçün müxtəlif yarışlar keçirilmişdi.Festivalda dövlət və idarə rəhbərləri,müxtəlif nazirliklərin nümayəndələri iştirak etmiş "Diplomatiya", "Azərbaycan tarixi" mövzusunda debatlar təşkil olunmuşdu.Bu müddət ərzində iştirakçılar Quba Memorial məzarlığına səhayət etmişdilər.Tədbirdə EA-mın üzvü,professor Solmaz Tohidinin rəhbərliyi ilə iştirakçılara Azərbaycan tarixi,dövlətçilik ənənələri haqqında məlumat verildi. Məktəbimizi festivalda təmsil edən S.Şahverdiyev tədbirdən böyük təəssüratlarla qayıdıb.O,yeni dərs ilində təəssüratlarını şagirdlərlə bölüşəcəyini söylədi.

Ətraflı

"Narkomaniyaya yox deyək"25 iyun 2019 cu-il tarixində Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatşılığı ilə Pirşağı mədəniyyət evində "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi.Tədbirdə məktəbimizin direktoru Xədicə Babayeva,mədəniyyət evinin rəhbərliyi,kitabxana işçiləri, "Kiçik Akademiya"nın prezidenti Şahverdiyev Sərxan və KA-nın ibtidai bölməsinin rəhbəri İlahə Abdullazadə iştirak edirdi.İştirakçılar çıxış edərək əsrin bəlası sayılan,gəncliyimizi məhv edən narkomaniyanın insanlara hansı faciələri gətirdiklərindən söz açdılar.Məktəblərdə tez-tez maarifləndirici tədbirlərin təşkil olunmasını təqdirəlayiq hesab etdilər.Mövzu ilə əlaqədar olaraq şagirdlərin hazırladıqları əl işlərinə tamaşa etdilər.

Ətraflı

“STEM+” layihəsi15 iyun 2019-cu il tarixində  məktəbimizin “Kiçik Akademiya” sının üzvləri olan X,XI sinif şagirdləri Bakı şəhəri tam orta təhsil müəssisələri arasında keçirilən “STEM+” layihəsində iştirak ediblər.Layihə zamanı komandamız digər məktəblər arasında elm,texnika,mühəndislik bölməsi üzrə bilik və bacarığı ilə fərqləniblər.Layihənin sonunda şagirdlərimiz hədiyyə və sertifikatlarla təltif olunublar.Hər birinə uğurlar arzulayırıq.

Ətraflı

İllik hesabatBu gün məktəbdə “Kiçik Akademiya”nın illik hesabat iclası keçirildi.”Kiçik Akademiya” prezidenti S.Şahverdiyev iclası açıq elan edərək geniş məruzə etdi.İl ərzində gördüyü işlər,keçirilən tədbirlər haqqında məlumat verən K A prezidenti qısa vaxt ərzində əldə olunan böyük uğurlardan söhbət açdı.Bunun üçün K A-nın bir komanda olaraq çalışdığını,məktəb rəhbərliyinin,müəllimlərin dəstəyini xüsusilə vurğuladı.Ən böyük uğurumuz olan,Respublika Yaradıcılıq Festifalının qalibi,K A-nın üzvü İbrahim Quliyev çıxış edərək ona olan dəstək və qayğıdan söz açdı.İl ərzində K A-nın fəaliyyətində fərqlənən müəllimlərə və şagirdlərə diplom və sertifikatlar təqdim olundu.

Ətraflı

Respublika birincimizMəktəbimizin uğurları davam edir. Belə ki,məktəbimizin 10”A” sinif şagirdi və "Kiçik Akademiya "nın üzvü  Quliyev İbrahim Respublika Yaradıcılıq Mərkəzinin təşkil etdiyi yarışda Təsviri və dekorativ tətbiqi sənət nominasiyası üzrə 1-ci yerə layiq görülüb.Bu gün Beynəlxalq Muğam Mərkəzində Məktəblilərin Respublika Yaradıcılıq Festivalının qaliblərinin təltifetmə mərasimi keçirilib.Mərasimdə məktəbimizin fəxri,müəllimlərin sevimlisi İbrahim Quliyev qalib olduğu üçün diplom və hədiyyələrlə təltif olunub.Sənət dünyasında ilk addımlarını atan,rəsm əsərləri ilə insan qəlbini ruhlandıran İbrahimə daha böyük uğurlar arzulayırıq.İnanırıq ki,fəxrimiz olan İbrahim əl işləri, rəsm əsərləri ilə vətənimizi xaricdə təmsil edəcək.

Ətraflı

"İntellektual Olimpiada"nın təltifetmə mərasimi keçirildiSabunçu Gənclər Evində Sabunçu rayon məktəbliləri arasında keçirilən "İntellektual Olimpiada"nın təltifetmə mərasimi keçirildi. Mərasimdə Sabunçu Gənclər Evinin direktoru Rəvanə xanım Həşimova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri üzrə baş məsləhətçisi Sevinc xanım Əzimova, Sabunçu rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Ceyhun Abbasov və rayon üzrə məktəb direktorları iştirak edirdilər. III yer 309 saylı tam məktəb II yer 148 saylı tam orta məktəb I yer 94 saylı tam orta məktəbin şagirdləri diplom və medalla təltif olundular. IV-X yerin sahibləri isə sertifikatla mükafatlandırıldılar. Çıxış edənlər tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəb rəhbərliyinə və "Kiçik Akademiya"nın prezidenti Sərxan Şahverdiyevə təşəkkürlərini bildirdilər. Şagirdlərə uğurlar arzu etdilər !

Ətraflı

Maarifləndirici görüş4 iyun 2019-cu il tarixində məktəbimizdə Sabunçu Gənclər Evinin direktor müavini Samir Mehralıyev VIII,IX,X sinif şagirdləri arasında maarifləndirici görüş keçirdi.Gənclər evində üzvlük qazanmaq,yay məktəblərinin təşkil olunacağı və məktəblərlə qarşılıqlı əlaqələrin yaradılması ilə bağlı məlumat verdi.Görüş əsasında kiçik viktorina təşkil olundu.IX “B” sinif şagirdi Mehbalıyev Orxan Xaliq oğlu qalib gəldi.

Ətraflı

Final4 iyun 2019-cu il tarixində məktəbimizdə Sabunçu rayon məktəbləri arasında intellektual olimpiadanın final turu keçirildi.Final turunda 72,94,128.137,148,155,187,192,307,309 nömrəli məktəblər iştirak edirdi.Yarış SRİH,BŞTİ,ATGTİ,SGE-in təşkilatı dəstəyi ilə keçirildi.Final turu 3 mərhələdən ibarət idi. I-İnsan hüquqları –Konstitutsiya,II-Tarix,III-Məntiq-dünyagörüşü.Yarışa münsiflər heyəti olaraq Sabunçu Gənclər Evinin direktor müavini –Samir Mehralıyev və Sabunçu məktəbləri üzrə “Kiçik Akademiya”nın regional bölməsinin rəhbəri Sərxan Şahverdiyev başçılıq edirdi.Gərgin mübarizə şəraitində keçən yarışda 94 nömrəli tam orta məktəb I yer ,148 nömrəli tam orta məktəb II yer,309 nömrəli tam orta məktəb III yeri tutdu.IV,X yerlər isə sertifikat və diplomla təltif olundular.

Ətraflı

“İntellektual Olimpiada”nın sualları yoxlanıldı29 may 2019-cu il tarixində “İntellektual Olimpiada”nın sualları yoxlanıldı.Suallar müxtəlif məktəblərdən təhkim olunmuş riyaziyyat-məntiq,həyat bilgisi-tarix müəllimləri tərəfindən yoxlanılmışdır.Cavablara uyğun olaraq ən yüksək bal toplamış 10 məktəb -148,192,137,128,309,94.187,155,72,307 nömrəli məktəblər final turuna vəsiqə qazanmışdır.

Ətraflı

"Kiçik Akademiya"lar arasında intellektual olimpiada27 may 2019-cu il tarixində məktəbimizin”Kiçik Akademiya”sının rəhbərliyi və BŞTİ-nin, 311 nömrəli tam orta məktəbin,ADMİU TGT, SRİH,SRGE-in dəstəyi ilə”Kiçik Akademiya” lar arasında” İnsan Hüquqları Aylığı”na həsr olunmuş intellektual olimpiada keçirildi.Olimpiadada 40 məktəbin komandası iştirak etdi.Suallar insan hüquqları,konstitusiya,tarix,dünya görüşü və məntiqdən ibarət idi.Olimpiada yazılı olaraq gərgin mübarizə şəraitində keçdi və ən yüksək nəticə toplamış 10 məktəb final turuna vəsiqə qazanacaq.

Ətraflı

Kiçik Akademiyanın rəhbərliyi ilə sonuncu təlimatlandırıcı görüş keçirildi24 may 2019-cu il tarixində  məktəbimizin “Kiçik Akademiya” rəhbərliyi ilə Sabunçu rayon məktəblərinin sonuncu təlimatlandırıcı görüşü keçirildi.Görüşdə K A-nın Sabunçu rayonu üzrə regional bölməsinin təlimçisi S.Şahverdiyev çıxış edərək K A –nın strukturu,iş prinsipi,fəaliyyəti haqqında geniş məlumat verdi.Çoxsaylı sualları cavablandırdı.İl ərzində K A-nın keçirdiyi tədbirlər,təqdimatlar,disputlar,yarışmalar videoçarx şəklində tədbir iştirakçılarına təqdim olundu.

Ətraflı

Heydər Əliyev-96Bu gün  məktəbimizdə umumilli liderimiz H.Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş intellektual yarışın final turu keçirildi.Suallar “Kiçik Akademiya”nın rəhbərliyi və məsləhətçi müəllim Ş.Quliyeva tərəfindən hazırlanmışdı. Yarışda “Araz”,”Qafqaz”,”Aysberq”və “Kainat” qrupları qalib gəldi.II mərhələdə isə “Aysberq” qrupu qalib gələrək münsiflər heyəti tərəfindən diplom və sertifkartlarla təltif olundular.

Ətraflı

Azərbaycan Xalq Cümhuriyyəti-10121 may 2019-cu il tarixində  məktəbimizdə” Kiçik Akademiya”nın təşkilatçılığı ilə ADR-in yaranması ilə bağlı tədbir keçirildi.Tədbir Dövlət Himnimizin səslənməsi ilə açıq elan olundu.KA prezidenti S.Şahverdiyev çıxış edərək AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən tədbirlər, AXC-nin nümayindələri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi.Tədbirdə KA-nın humanitar bölməsinin vitse prezident Hacızadə Rəhilə mövzu ilə əlaqədar çıxış etdi.

Ətraflı

“ Mütaliəni həyat devizinə çevirək ”Bu gün “Kiçik Akademiya”nın və kitabxana  rəhbərliyinin təşkilatçılığı ilə şagirdləri mütaliəyə cəlb etmək üçün VI,VIII siniflər arasında “ Mütaliəni həyat devizinə çevirək ” adlı tədbirin final mərhələsi keçirildi.Tədbir 2 mərhələdə təşkil olunmuşdu.I mərhələdə 40 şagird iştirak edirdi.Şagirdlərə 1 ay əvvəl mütaliə etmək üçün Azərbaycan və dünya ədəbiyyatından 10 əsər verilmişdi.II mərhələyə 20 şagird seçildi.Tədbirin II mərhələsində əsərlərin mövzu ,ideyası haqqında müzakirələr aparıldı.Şagirdlər cütlər şəklində əsərlərlə bağlı bir-birinə suallar verirdilər.Ə.Dərya,Y.Nərgiz,M.Nuray və digər şagirdlərin əsərləri təhlil etmək qabiliyyəti,məzmunu mənimsəmə səviyyəsi diqqəti cəlb edirdi.Sonda tədbirin qalibi olaraq Y.Nərgiz diplomla,digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olundular.

Ətraflı

Məktəbimizdə intellektual yarışın II turu keçirildi14 may 2019-cu il tarixində H.Əliyevin 96-cı ildönümünə həsr olunmuş intellektual yarışın II turu keçirildi.Yarış “Kiçik Akademiya”nın prezidenti Ş.Şahverdiyev və məsul müəllim Ş.Quliyeva tərəfindən təşkil olunmuşdu.”Qafqaz”, “Araz”, “Zəfər”, “Murov” qrupları arasında gedən yarışın qalibləri “Qafqaz” və “Araz” qrupları oldu.Qaliblər final turunda yenidən yarışacaqlar.

Ətraflı

Kiçik Akademiyanın növbəti iclası keçirildiBŞTİ-nin tapşırığı ilə 311 nömrəli tam orta məktəbdə məktəb "Kiçik Akademiya”larının növbəti seminarı keçirildi.Seminarda 28,67,68,72,78,130,137,80,90,94.96,107,108 və 128 nömrəli məktəblərin direktorları,direktor müavinləri və K A-nın məsul şəxsləri iştirak edirdi. Seminarda Ka-nın Sabunçu rayon üzrə regional bölməsinin məsul şəxsi Şahverdiyev çıxış edərək KA-nın strukturu,yaranması,fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verdi.Geniş müzakirələrə səbəb olan seminarda müxtəlif sualları ətraflı cavablandıran KA-nın prezidenti bu orqanın məktəbin fəaliyyətində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

Ətraflı

Bilik yarışıMəktəbimizdə tarix müəllimi Ş.Quliyeva və “Kiçik Akademiya”nın prezidenti S.Şahverdiyev təşkilatçılığı ilə VIII,IX,X siniflər arasında Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş intellektual bilik yarışı keçirildi. Suallar dahi şəxsiyyətin həyatı, fəaliyyəti, ölkənin daxili və xarici siyasətində gördüyü işlər, tariximiz,ədəbiyyatımız ilə bağlı idi. Yarışın birinci turunda 4 komanda iştirak edirdi.Final turuna “Aysberq  və “Kainat” qrupu öz intellekt səviyyələri ilə fərqləndilər.

Ətraflı

“Kiçik Akademiya” nın təşkilatçılığı ilə təlimatlandırıcı görüş keçirildiBakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun Baş məsləhətçisi Sevinc Əzimovanın məktubuna əsasən 29 aprel 2019-cu il tarixində  məktəbimizin rəhbərliyi ilə 311 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” nın təşkilatçılığı ilə təlimatlandırıcı görüş keçirildi.Tədbirdə Sabunçu rayonunun 4,69,71,75,81,192,215,307 və 311 nömrəli məktəblərinin məsul şəxsləri iştirak edirdi.Məqsəd həmin təhsil müəssisələrində “Kiçik Akademiya”ların işini genişləndirmək,fəaliyyətini gücləndirmək idi.Seminarda 112 nömrəli tam orta məktəbin”Kiçik Akademiya”sının prezidenti Sərxan Şahverdiyev çıxış edərək təşkilatın yaranması,iş prinsipi,sturukturu haqqında geniş məlumat verdi. Seminarda qərara alındı ki, 112 nömrəli tam orta məktəbin rəhbərliyi ilə həmin məktəblərdə mütəmadi seminarlar təşkil olunsun.

Ətraflı

Məktəbimizdə “Şagirdlər konkret olaraq hansı bacarıq və qabiliyyətlərinə görə seçilir ”mövzusunda sorğu keçirildiTəhsil Nazirliyinin 15.01.2019-cu il F-18 nömrəli əmrinə əsasən Kiçik Akademiyanın təşkilatçılığı ilə “Şagirdlər konkret olaraq hansı bacarıq və qabiliyyətlərinə görə seçilir ” mövzusunda sorğu keçirildi.Sorğuda VI “B” sinif şagirdləri fəal iştirak edirdilər.S.Rüqəyya,M.Leyla və digər şagirdlər sorğu zamanı mövzu ilə əlaqədar maraqlı fikirlər söylədilər.Xüsusi bacarıq və qabiliyyəti ilə seçilən şagirdlərin inkişafı üçün müvafiq tədbirlərin görüləcəyi nəzərə alındı.

Ətraflı

Məktəbimizdə“Ümumbəşəri multi-kultural dəyərlərə hörmət” mövzusunda seminar keçirildiTəhsil Nazirliyinin 15.01.2019 F-18 nömrəli əmrinə əsasən Kiçik Akademiyanın təşkilatçılığı ilə məktəbimizdə “Ümumbəşəri multi-kultural dəyərlərə hörmət” mövzusunda seminar keçirildi.Seminarda 6”A” sinif şagirdləri və müəllimlər iştirak edirdi.Kiçik Akademiyanın prezidenti Sərxan Şahverdiyev mövzu ilə bağlı geniş çıxış etdi. Bildirdi ki, multikultiralizm bu gün Azərbaycanda çox geniş yayılmışdı.Əsası e.ə V əsrdə qoyulduğu təxmin edilən multikultiralizm həm Xətayi dövründə həm də ADR dövründə geniş inkişaf etmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı multikultural dəyərlərə,humanizm ideyalarına hörmətlə yanaşır.

Ətraflı

Məktəbimizdə VIII siniflərə monitorinq keçirildiBu gün Kiçik Akademiyanın İmtahan Mərkəzinin təşkilatçılığı ilə VIII siniflərdə monitorinq keçirildi.Məqsəd şagirdlərin üç fəndən-Azərbaycan dili,Riyaziyyat və İngilis dilindən nəzəri biliklərinin hansı səviyyədə olduğunu yoxlamaq idi.Nəzarətçilər monitorinqin şəffaf keçirilməsi üçün fəal iştirak edirdilər.Suallar 5,8-ci siniflərdə keçirilmiş mövzuları əhatə edirdi.

Ətraflı

“Heç bir uşağı nəzərdən qaçırmayaq”Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli qərarı ilə “Kiçik Akademiya”nın təşkilatçılğı ilə  məktəbimizin VII ”B” sinfində “Heç bir uşağı nəzərdən qaçırmayaq” adlı sorğu keçirildi. Sorğunun əsas məqsədi hər bir şagirdin malik olduğu qabiliyyət və istedad potensialını aşkara çıxarmaq , onlarda öz imkanlarına inam hissi aşılamaqdır.Sorğu zamanı məlum oldu ki,sinifdə istedad və qabiliyyəti ilə seçilən şagirdlər az deyil. Xəlilzadə Əbülfəz,Hacızadə Rəhilə xüsusi qabilyyəti ilə seçilən şagirdlərimizdir.

Ətraflı

"Kiçik Akademiyanın təqdimatı"Məktəbimizdə "Kiçik Akademiyanın təqdimatı"mövzusunda seminar keçirildi.Seminarda BŞTİ-nin İnkişaf layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc xanım Əzimova iştirak etdi.Kiçik Akademiyanın əsasnaməsi çərçivəsində fəaliyyət göstərən məktəb " Kiçik Akademiyası"nın prezidenti Şahverdiyev Sərxan öz dolğun çıxışı ilə tədbirdə iştirak edən 20 məktəbin nümayəndələrinə geniş məlumat verdi.Öz kiçik elmi araşdırmaları ilə məktəbin şagirdləri tədbiri daha maraqlı etdilər.Sonda Sevinc xanım digər məktəblərə də bu təşəbbüsə qoşularaq 112 saylı məktəbin əldə etdiyi təcrübədən yararlanmağı tövsiyyə etdi.

Ətraflı

“Bölgənin coğrafiyası və tarixi abidələri “Təhsil Nazirliyinin 25.01.2019 tarixli F-18 nömrəli əmrinə əsasən bu gün məktəbimizdə ”Kiçik Akademiya”nın təşkilatçılığı ilə “Bölgənin coğrafiyası və tarixi abidələri “adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə “Kiçik Akademiya”nın prezidenti Sərxan Şahverdiyev açdı və məktəbimizin yerləşdiyi məkan, Pirşağı qəsəbəsinin coğrafiyası tarixi abidələri,dini ibadətgahları,adət-ənənələri və tanınmış şəxsiyyətləri haqqında dinləyicilərinə geniş məlumat verdi.Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildi.

Ətraflı

“Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir”Təhsil Nazirliyinin 15.01.09-cu il tarixli F-18 nömrəli əmrinə əsasən məktəbimizdə “Kiçik Akademiya”nın təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir”mövzusunda təqdimat keçirildi.VII “A” sinif şagirdləri M.Nuray,Ə.Məryəm və İ.Oqtay mövzu ilə bağlı hazırladıqları təqdimatlarla çıxış etdilər.

Ətraflı

Məktəbimizdə Azərbaycan dili və Ədəbiyyat fənlərindən bilik yarışı keçirildiMəktəbimizdə” Kiçik Akademiya”nın təşkilatçılığı ilə Azərbaycan dili və Ədəbiyyat fənlərindən bilik yarışı keçirildi. Yarışda VIII sinif şagirdləri iştirak edirdi. Yarış 3 mərhələdə keçirildi.Suallar şagirdlərin keçdikləri mövzular üzrə onların bilik və bacarığını, eləcə də dünyagörüşünü əhatə edirdi. Sonda münsiflər heyətinin qərarı ilə VIII “Ç” sinfinin “Çempion” qrupu 190 bal nəticə ilə I yerə layiq görüldü. Şagirdlərimizin hər birinə uğurlar arzu edirik.

Ətraflı

“Sağlam həyat tərzini şərtləndirən amillər”Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 cu- il tarixli əmrinə əsasən 112 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın təbiət bölməsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzini şərtləndirən amillər”adlı təqdimat keçirildi.Təqdimatda VII və VIII sinif şagirdləri iştirak edirdilər.Onlar bu mövzuda hazırladıqları təqdimatlarla çıxış etdilər.Mövzu ilə əlaqədar şagirdlərin toxunduğu məsələlər diqqəti cəlb edirdi.Sağlam həyat tərzini şərtləndirən amillərin idmanla məşğul olmaq,mütaliə etmək,həyat üçün zərərli vərdişlərdən uzaq olmaq vurğulandı.

Ətraflı

Bakı-zona birinciliyiMəktəbimizdə “ Kiçik Akademiya”nın təşkilatçılığı ilə keçirilən yarışda fərqlənən şagirdimiz Quliyev İbrahim Respublika Yaradıcılıq festivalının “ Təsviri incəsənət və dekorativ tətbiqi sənət istiqaməti üzrə “ müsabiqəsində Bakı- Abşeron zonası üzrə I yer tutub.Quliyev İbrahimin əl işləri,rəsm əsərləri həmişə diqqət mərkəzində olub.Daha böyük uğurlara imza atmaq,öz üzərində mütəmadi işləmək və qarşısına qoyduğu məqsəd onun bu uğuru qazanmağının başlıca səbəbidir.Şagirdimizə yaratdığı sənət əsərləri ilə ölkə xaricində vətənimizi layiqincə təmsil etməyi arzulayırıq.

Ətraflı

Məktəbimizdə şeir müsabiqəsi keçirildiMəktəbimizdə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirildi.Müsabiqədə V,VI,VII,VIII sinif şagirdləri iştirak edirdi.Şeirlər vətənpərvərlik mövzusunda idi.15 şagirdin iştirak etdiyi müsabiqədə qiraəti ilə diqqəti cəlb edən,münsiflər heyəti tərəfindən bəyənilən 5 şagird 100 bal ilə qiymətləndirildi.Müsabiqənin 2-ci mərhələsində 3 şagirdimiz məktəbin direktoru Xədicə Babayeva tərəfindən I,II,III yerlərə layiq görüldü.I yerə layiq görülən VIII ”Ç” sinif şagirdi Həbibov Sunay A.Səhhətin “Vətən”şeirini yüksək səviyyədə söylədi.VI “A” sinif şagirdi Əlizadə Dərya və VII ”B”sinif şagirdi Maisənin ifasında söylənilən şeirlər də rəğbətlə qarşılandı.Şagirdlərimizə daha böyük uğurlar arzulayırıq.

Ətraflı

Aprel döyüşləri - böyük zəfərin başlanğıcıAzərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli əmrinə əsasən məktəbimizdə " Kiçik Akademiyanın" nın təşkilatçılığı ilə ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqinə başlanıldı.Belə ki,hər bir sinfə Aprel şəhidinin şəkli həkk olunmuş lövhə vuruldu.Məqsəd Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın adlarını əbədiləşdirmək və şagirdlərimizin yaddaşına həkk etməkdir.Şagirdlərə hər bir şəhidin həyat və fəaliyyəti haqqında məlumat verildi.1 "B" sinfində isə tədbirlə əlaqədar şagirdlərin çıxışları dinlənildi.

Ətraflı

“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi ““Kiçik Akademiya”nın Texniki bölməsinin təşkilatçılığı ilə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi “ adlı yarışma keçirildi.Əsas məqsəd şagirdlərin fizika fənninə olan marağını izləmək idi.Müsabiqədə məktəbimizin fizika fənni üzrə fərqlənən şagirdləri iştirak edirdi.Müsabiqə uğurla başa 

Ətraflı

Kiçik summativ qiymətləndirməBu gün məktəbimizdə IX "B" sinfində T.T.İ üzrə direktor müavini və "Kiçik Akademiya"nın rəhbərliyi ilə nəzarətli KSQ keçirildi.Məqsəd qiymətləndirmə zamanı baş verə biləcək neqativ halların qarşısını almaq idi.Proses tam şəffaf və yüksək səviyyədə keçirildi.

Ətraflı

Məntiq olimpiadasıMəktəbimizin şagirdləri Lütfi Zadə adına” Məktəblilərarası III Məntiq Olimpiada ”sında fəal iştirak etdiklərinə görə, bu gün onları T.T. İ üzrə direktor müavini Həsən Bərxudarov və” Kiçik Akademiya” nın prezidenti Sərxan Şahverdiyev tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi sertifikatlarla təltif olundular və şagirdlərimizə daha böyük uğurlar əldə etməyi arzuladılar.

Ətraflı

“Aprel zəfəri”3 aprel 2019 cu-il tarixdə məktəbimizdə “Kiçik Akademiya”nın təşkilatçılığı ilə “Aprel zəfəri”adlı tədbir keçirildi.Tədbirdə şagirdlərə “Kiçik Akademiya”nın məsləhətçi müəllimi Ağazadə Mətanət tərəfindən hazırlanmış videoçarx təqdim olundu. Məqsəd xüsusən də gənclər arasında vətənpərvərlik və milli şüur hissinin gücləndirilməsi sahəsində maarifləndirilmə işi aparmaqdır.

Ətraflı

Bilik yarışıBu gün  məktəbimizin riyaziyyat müəllimi Adıgözəlova Mənsurənin təşkilatçılığı ilə VIII siniflər arasında bilik yarışı keçirildi.Məqsəd şagirdlərimizin riyazı bacarığını,dünyagörüşünü, məntiqi təfəkkürünü yoxlamaq idi. Yarışma maraqlı və işgüzar səs-küy şəraitində keçdi. Suallar şagirdlərin yaş və bilik səviyyəsinə uyğun hazırlanmışdı. Şagirdlərin fəallığı,suallara tam və ətraflı cavab vermələri yarışmanın daha da maraqlı olmasına şərait yaradırdı. Amma son anda yarışma 8”Ç” sinfinin qalibiyyəti ilə başa çatdı. Münsiflər heyəti tərəfindən yarışmanın qalibləri diplomla təltif olundular.

Ətraflı

“Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə”Məktəbimizdə Kiçik Akademiyanın təşkil etdiyi Aprel hadisələri ilə bağlı silsilə tədbirlərin davamı olaraq “Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə” adlı təqdimat keçirildi.Təqdimatda şəhidlərimizin həyat və döyüş yolu barədə videoçarx nümayiş olundu. Şagirdlərimiz hər bir kadrı ürəkağrısı ilə izlədilər.

Ətraflı

Dini mövzuda təqdimatKiçik Akademiyanın Humanitar bölməsinin təşkilatçılığı ilə 29 mart 2019 cu-il tarixdə məktəbimizdə şagirdlərdə islami dəyərləri formalaşdırmaq məqsədilə seminar təşkil olundu.Seminarda çıxış edən Akademiyanın prezidenti Sərxan Şahverdiyev İslam dininin humanist mahiyyəti,dəyərləri haqqında seminar iştirakçılarına geniş məlumat verdi.Humanitar bölmənin üzvləri islam dininin sülhə,əminamanlığa,mərhəmət və şəfqətə,dözümlülüyə çağırış dini mövzusunda hazırladıqları təqdimatları oxudular və müzakirə etdilər.

Ətraflı

"İslami dəyərləri formalaşdıraq"29 mart 2019 cu-il tarixdə Kiçik Akademiyanın Humanitar bölməsinin təşkilatçılığı ilə silsilə tədbirlərin davamı olaraq məktəbimizin fəallarının iştirakı ilə şagirdlərdə "İslami dəyərləri formalaşdıraq" mövzusunda dəyirmi masa təşkil olundu. İştirakçılardan Şükürlü Gülnar və Məmmədova Nuray mövzu ilə əlaqədar hazırladıqları videoçarxı nümayiş etdirdilər.Dəyirmi masada İslam dininin görkəmli şəxsiyyətləri-Məhəmməd peyğəmbərin, İmam Əlinin, İmam Bağır (ə) mənəviyyat,vətən, elm,təhsil haqqında ibrətamiz fikirləri söylənildi.Bu fikirlərin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində böyük rola malik olduğu vurğulandı.

Ətraflı

"Valideynin məktəbdə bir günü ""Valideynin məktəbdə bir günü "adlı layihənin həyata keçirilməsi haqda BŞTİ-nin F-66 nömrəli 28.01.2019-cu il tarixli əmrini əsas tutaraq valideynlərin övladlarının təhsil aldıqları məktəblə yaxından tanışlığının təmin olunması, məktəb haqda ümumi rəy formalaşdırılması məqsədilə 12 fevral 2019-cu il tarixdə məktəbimizdə  adı çəkilən layihənin icrası həyata keçirildi.Layihə məktəb" Kiçik Akademiya"nın təşkilatçılığı və bilavasitə iştiraki ilə baş tutdu.Tədbirdən görüntüləri və fotoları sizə təqdim edirik.

Ətraflı

Şahmat yarışı11 fevral 2019-cu il tarixdə  məktəbimizdə  Azərbaycan Respublikası Təhsil Nazirinin 15.01.2019-cu il tarixli F-18 saylı əmrindən irəli gələn "Gələcək çempionlar sıramızdadır"hərəkatı çərçivəsində" Kiçik Akademiya"nın təşkilatçılığı ilə məktəbdaxili şahmat yarışının seçim turu keçirildi.

Ətraflı

"Gələcək çempionlar sıramızdadır"2 fevrada Azərbaycan Respublikası Təhsil Nazirinin F-1815.01.2019-cu il tarixli əmrini əsas tutaraq "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Gələcək çempionlar sıramızdadır" hərəkatı çərçivəsində məktəbdaxili futbol yarışının A və B qrupları arasında seçim turu keçirildi.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyəti haqqında6 Fevral 2019-cu il tarixdə "Kiçik Akademiya"nın prezidenti Şahverdiyev Sərxan II yarımil üzrə görəcəyi işlər barədə şagirdlərlə söhbətlər apardı.Daha sonra K A -nın prezidenti "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ -nin əmrlərini KA -nın üzvlərinə çatdırdı.

Ətraflı

"Ulduzlar və Kainat”Məktəbin " Kiçik Akademiya"sının təbiət bölməsinin seminarı keçirildi.Seminarda Təbiət bölməsinin rəhbəri və üzvləri şagirdlər qarşısında "Ulduzlar və Kainat” adlı mövzuya toxundular.Sonda Kiçik Akademiyanın prezidenti tərəfindən iştirakçılara sertifikat verildi.

Ətraflı

"Elm,texnika və kəşflər"Məktəbin " Kiçik Akademiya"sının Texniki bölməsinin seminarı keçirildi.Seminarda Texniki bölmənin üzvləri şagirdlər qarşısında "Elm,texnika və kəşflər" adlı mövzuya toxundular.Sonda Kiçik Akademiyanın prezidenti tərəfindən iştirakçılara sertifikat verildi.

Ətraflı

"Tariximiz keçmişdən gələcəyə”Məktəb “ Kiçik Akademiya” sının Humanitar bölməsinin seminarı keçirildi.Humanitar bölmənin rəhbəri və üzvləri şagirdlər qarşısında çıxış edərək “ Tariximiz keçmişdən gələcəyə” adlı mövzuya toxundular.Kiçik Akademiyanın prezidenti tərəfindən iştirakçılara sertifikat verildi.

Ətraflı
HAQQIMIZDA

1934-cü il bünövrəsi qoyulmuş köhnə bina Heydər Əliyev Fondu tərəfindən tamamilə sökülmüş və yerində 2005-ci ildə iki mərtəbəli ya...

BİZİM FƏXRLƏRİMİZ

Səma Bağırova Rafiq

BƏYİMXANIM HACIYEVA ELŞƏN

HAQQIMIZDA

1934-cü il bünövrəsi qoyulmuş köhnə bina Heydər Əliyev Fondu tərəfindən tamamilə sökülmüş və yerində 2005-ci ildə iki mərtəbəli ya...

BİZİM FƏXRLƏRİMİZ

Səma Bağırova Rafiq

BƏYİMXANIM HACIYEVA ELŞƏN

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi