"Ziyalı qadınların təhsildə rolu"

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının, Azərbaycan dili və Ədəbiyyat müəllimi Nülüfər Musasoylunun birgə təşkilatçılığı ilə 8 Mart -Beynəlxalq Qadınlar Günü ilə əlaqədar"Ziyalı qadınların təhsildə rolu" mövzusunda dəyirmi masa keçirildi. Şagirdlər araşdırdıqları mövzu ətrafında çıxış edərək bildirdilər ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Azərbaycan qadınlarının elmə verdiyi əvəzsiz töhfələr daim xalqımızı parlaq gələcəyə doğru aparır. Qeyd edək ki, dəyirmi masa məktəbin direktoru Ruhiyyə xanım İbrahimova, direktor müavini Lətifə Mustafayeva, UBRT Aynurə Məmmədova, kitabxanaçı Mətanət Hacıyeva və Kiçik Akademiya rəhbəri İlahə Abdullazadənin iştirakı ilə keçirildi. Bayramınız mübarək, əziz xanımlar! #KA #8Mart
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi