Aprel döyüşləri
Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının və məktəbin tarix müəllimi Sevda Məmmədovanın birgə təşkilatçılığı ilə "Aprel döyüşləri zəfərin ilk addımıdır" mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sevda Məmmədova Azərbaycan xalqının zəfər yolunun başlanğıcı olan "Aprel döyüşləri" haqqında məlumatla çıxış etdi. "Aprel döyüşləri" haqqında videoçarx nümayiş etdirildi. Şagirdlərin təqdimatları dinlənildi. Qeyd edək ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 9 il əvvəl, Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirdi və düşmənə ağır zərbələr endirdi. 4 günlük döyüşlər nəticəsində 2 min hektardan artıq ərazi işğaldan azad edildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qüdrətini bütün dünyaya göstərdi.
Bu gün Azərbaycanın güclü ordusu və birliyi sayəsində müstəqilliyimiz əbədidir! Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad edirik, qazilərimizə cansağlığı arzulayırıq.
Yaşasın Qalib Azərbaycan!