Mən Babayeva Xədicə Hüseyn Ağa qızı 1956-cı il 16 yanvarda Bakı şəhərində anadan olmuşam. 1963-1973-cü illər ərzində Bakı şəhəri 31 nömrəli tam orta məktəbdə təhsil almışam.1978-ci ildə Azərbycan Dövlət Xarici Dillər İnstitutunun ingilis-fransız dilləri fakultəsini bitirmişəm.1979-1981-ci illərdəUcar rayonu Alpi və Güləbənd kənd orta məktəblərində ixtisasım üzrə müəllim işləmişəm.Təyinat müddəti bitdiyi üçün 1983-cü ildən Azərbaycan Respublikası Əmanət Bankında tərcüməçi işləmişəm.1990-ci ilədək Milli Bankda xarici valyuta şöbəsində kassir-ekspert işləmişəm.1991-ci ildən Sabunçu rayonu 112 nömrəli tam orta məktəbə təyin olunmuşam.1995-ci ildən həmin məktəbdə tədris işləri üzrə direktor müavini 2013-cü ildən hal- hazıra kimiməktəbin direktoru vəzifəsində çalışıram.
Əlaqəli xəbərlər
Hər birimiz bir çiçək
Mən Bərxudarov Həsən İsmayıl oğlu 1955-ci ildə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olmuşam. 1962-ci ildə 10-cu sinfi bitirmişəm. 1972-ci ildə V.İ.Lenin adına A P İ- nun riyaziyyat fakultəsinə qəbul olub.1976-ci ildə bitirmişəm.1976-ci ildən Beyləqan rayonu Yeni-Mil qəsəbə orta məktəbində Tədris işləri üzrə director müavini işləmişəm. Yaşayış yerimi dəyişməyimlə əlaqədar 1993-cü ildən Bakı şəhəri Sabunçu rayonu 112 nömrəli orta məktəbə müəllim kimi işə qəbul olunmuşam. 2013-cü ildən həmin məktəbə T T İ-üzrə direktor müavini təyin edilmişəm. Hal-hazırda həmin məktəbdə direktor müavini vəzifəsində çalışıram. Ailəliyəm 2 oğlum və 1 qızım var.
Mən Səfərov Bayraməli Qurbanəli oğlu 1959 cu –ilin fevral ayında Əli- Bayramlı rayonunun Qaraçala qəsəbəsində fəhlə ailəsində anadan olmuşam.1967- cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinin Pirşağı qəsəbəsinə köçmüşük.Həmin ildə 10 saylı internat- məktəbin I sinfinə getmişəm və 1975 ci –ildə həmin məktəbin VIII sinfini bitirmişəm.1977 ci –ildə Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbi bitirmişəm.1977-79 cu illərdə hərbi xidmətdə olmuşam.1980 cı-ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstituna daxil olub,1985 ci-ildə həmin İnstitutu bitirmişəm.1985 ci-ildən ailəliyəm,üç uşağım var.Hal-hazırda Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyirəm.
Mən Səfərova Ülviyyə Əmir qızı 1988 ci-il Bakı şəhərində anadan olmuşam.1994 cü-il Bakıxanov qəsəbəsindəki 169 nömrəli tam orta məktəbin Isinfinə daxil olaraq IV sinifdən təhsilimi 26 nömrəli tam orta məktəbdə davam etdirmişəm.2005 ci-ildə XI sinifi əla qiymətlərlə bitirmişəm.Həmin ildə də ADPU-nin Pedaqogika və psixologiya fakultəsinə daxil olmuşam.2009 cu-ildə universiteti bitirmişəm.Ailəliyəm.
Mən Hacıyeva Mətanət Mövsüm qızı 1964 cü-ildə Bakı Şəhəri Sabunçu rayonunda anadan olmuşam.1972 ci -ildə Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbə daxil olmuş və 1980 cı-ildə orta məktəbi səkkiz illik təhsillə bitirmiş və həmin ildə N.K.Krupskaya adına Bakı Mədəni Maarif məktəbinə daxil olmuşam.1983 cü-ildə "Kitabxanaçılıq işi"ixtisası üzrə tam kursu bitirmişəm.1983 cü-ildən1987 ci-ilə kimi M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında işləmişəm.Hal-hazırda indi işləmirəm.1987 ci-ildə ailə qurmuşam.İki oğlum var.
Mən Məmmədova Aytən Yaşar qızı 01.12.1967 ci-ildə Bakı şəhərində anadan olmuşam.1975 ci-ildə Nəsimi rayonu 19 nömrəli tam orta məktəbin I sinfinə qəbul olmuşam,1985 ci-ildə həmin məktəbin X sinfini bitirmişəm.1987 ci-ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinə qəbul olmuşam.1992 ci-ildə həmin universiteti bitirmişəm.1993 cü-ildə M.F.Axundov adına Milli Kitabxanaya işə daxil olmuşam.2005 ci-ildə öz xahişimlə işdən çıxmışam.Hal-hazırda ailəliyəm, üç övladım var.
Mən Aslanova Şəmsiyyə Muradxan qızı 15 iyun 1990 -ci ildə Laçın rayonunda anadan olmuşam.1996-cı ildə Laçın rayon 44 nömrəli tam orta məktəbin I sinfinə qəbul olmuşam.2007-ci ildə həmin məktəbi bitirmişəm.Elə həmin il Azərbaycan Müəllimlər İnstitunun Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyatı bakalavr ixtisasına qəbul olmuşam.2011-ci ildə tam kursu bitirib Azərbaycan Müəllimlər İnstitutunun məktəbəqədər təhsilin pedaqogika və metodikası magistr ixtisasına qəbul olmuşam.2013-cü ildə həmin İnstitutu bitirmişəm.2013-cü il 1 oktyabrda AMi-nin Ağcabədi filialında "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi"kabinetinin müdiri vəzifəsinə təyin edilmişəm.14 sentyabr 2015-ci ildən 13 noyabr 2017-ci ilə qədər ADPU-ninə Ağcabədi filialında müəllim işləmişəm.Ailəliyəm.
1934-cü il bünövrəsi qoyulmuş köhnə bina Heydər Əliyev Fondu tərəfindən tamamilə sökülmüş və yerində 2005-ci ildə iki mərtəbəli yardımçı bina, 2013-cü ildə isə üç mərtəbəli əsas korpus ucald...
© Azərbaycan Respublikasının Təhsil Nazirliyi