"Tariximiz Gələcəyimizdir" adlı bilik yarışının III mərhələsi keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın və tarix müəllimi Şahnaz Quliyevanın təşkilatçılığı ilə VIII siniflər arasında "Tariximiz gələcəyimizdir" adlı bilik yarışının üçüncü mərhələsi keçirilmişdir. Yarışda Zəfər və Qarabağ komandası final mərhələsində iştirak etmək haqqı qazanmışdır. Yarışın gedişatında qarşıdan gələn "Novruz bayramı" münasibətilə Novruz ənənələri ilə bağlı şagirdlərə tapmacalar verilmiş, Kosa və Keçəl müəllim və şagirdləri təbrik etmiş, yumurta döyüşdürülmüşdür. Növbəti mərhələdə şagirdlərimizə uğurlar arzulayırıq. #KA #BilikYarışı #Tarix #NovruzBayramı #BTŞİ
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi