Pulumuzu necə qoruyaq?
3 aprel 2025-ci il tarixində Qlobal Pul Həftəsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının təşkil etdiyi “Rəqəmsal dünyada təhlükəsiz ödənişlər: öz məlumatlarımızı və pulumuzu necə qoruyaq?” mövzusunda keçirilən təqdimat müsabiqəsində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin nəznində “Kiçik Akademiya”nın şagirdləri ən uğurlu və yadda qalan nəticə göstərdilər. Müsabiqəyə hazırlıq zamanı göstərdiyi diqqətə və köməyə görə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə İbrahimovaya dərin təşəkkürümüzü bildiririk.
Düzgün qərar ver, sabahını qur
Mentor müəllim: Günel Mustafayeva
Şagirdlər:
HüseynƏli Adıgözəlov Ramil oğlu
Xədicə Quliyeva Mahir qızı
Nəzrin Məmmədova Emil qızı
Rahim Mikayılov Cəmil oğlu
Tədbirdə Komandamızın çıxışı maraqla qarşılandığı üçün şagirdimiz HüseynƏli Ramil oğlu Adıgözəlov AZƏRBAYCAN TELEVİZİYASI (AzTV) Telesəhər verilişinə müsahibə verdi.