Dilimizi qoruyaq
Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının və məktəbin Azərbaycan dili müəllimi Elnarə Məmmədovanın birgə təşkilatçılığı ilə 21 Fevral "Ana Dili Günü" ilə əlaqədar dəyirmi masa keçirildi.
Müzakirələrdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Lətifə Mustafayeva, UBRT Aynurə Məmmədova, kitabxana müdiri Mətanət Hacıyeva, kitabxanaçı Aytən Məmmədova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə medotbirləşmə rəhbəri Lalə Rüstəmova, KA rəhbəri İlahə Abdullazadə iştirak edirdilər.
Ulu Öndərin "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir."fikrinə istinad əsasında müzakirə aparıldı. Şagirdlərin fikirləri və təqdimarları dinlənildi. Sualları cavablandırıldı.
Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünya görüşünün artmasında,mukəmməl təhsil almasında ünsiyyət vasitəsi kimi mühüm rol oynayır.
Dilimizi sevək,sevdirək-öyrənək,öyrədək!
KA rəhbəri:
İlahə Abdullazadə
#Dilimiziqoruyaq
#Məktəb
#Müəllim
#ElmvəTəhsilNazirliyi
#MÜTDA
#BŞTİ