"Heydər Əliyev - 97" adlı online elmi-praktiki konfrans keçirildi

10.05.2020 - ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının təşkilatçılığı ilə Microsoft Teams proqramında Sabunçu rayonu "Kiçik Akademiya" ları üzrə "Heydər Əliyev - 97" adlı online elmi-praktiki konfrans keçirildi. Online elmi - praktiki konfransda direktor müavinləri, KA rəhbərləri, şagirdlər iştirak edirdi. Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhifəsini paylaşdığı videoçarx ilə başladı. Ardınca SKA və KA - nın məsul rəhbəri Sərxan Şahverdiyev giriş sözü ilə tədbiri açıq elan etdi. Daha sonra online elmi-praktiki konfransda iştirak hüququ qazanmış məktəblərin şagirdləri ardıcıl olaraq, müxtəlif məzmunlu məruzələrlə çıxış etdilər. Sonda konfransda fəal iştiraklarına görə şagirdlər sertifikatlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi