ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ

19.03.2021 tarixində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə pandemiya qaydalarını gözləyərək şəhid Bağırov Elçin Fərhad oğlunun ailəsi ilə görüş keçirildi.Görüşdə İkinci Qarabağ Müharibəsində şəhid olmuş Bağırov Elçin Fərhad oğlunun əziz xatirəsini yad edərək Novruz bayramı ərəfəsində onun övladları məktəbimizin 1-ci və 2-ci sinif şagirdləri Bağırova Aylin Elçin qızı və Bağırov Mirağa Elçin oğlu 1" B" sinif rəhbəri Həsənova Leyla, 4 N-li VMA həmçinin valideynlər və şagirdlər adından müxtəlif hədiyyələr və xoş sözlərlə sevindirildilər. Uşaqlar kiçik ağ vərəqlər üzərində ataları haqqında xoş sözlər yazıb, onun şəklinin qarşısındakı çələngin üzərinə qoydular. Məktəbin direktoru Xədicə xanım Babayeva şəhidimizin həyat yoldaşı və uşaqlarına xoş sözlər söyləyərək, atalarının Vətən yolunda qəhrəmancasına vuruşaraq şəhid olmasının onlar üçün daim qürur mənbəyi olacağını qeyd edərək bildirdi ki, dövlətimiz, Prezidentimiz şəhid ailələrinə qayğı göstərməyi heç zaman əsirgəməyəcək və daim onları sevindirəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi