"Müasir Azərbaycan Gənclərinin İnkişafı və Karyerası"

15.08.2020-ci il tarixdə Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların I Yay Məktəbinin növbəti görüşü baş tutdu. Görüşü Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının ibtidai siniflər üzrə rəhbəri İlahə Abdullazadə açıq elan etdi. Ardınca görüşün qonağı Azərbaycan Respublikası Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimovanı şagirdlərə təqdim etdi. R.Həşimova "Müasir Azərbaycan Gənclərinin İnkişafı və Karyerası" mövzusunda geniş çıxış etdi. Sonda isə şagirdlərin maraqlı sualları R.Həşimova tərəfindən geniş şəkildə cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi