Respublika birincimiz

Məktəbimizin uğurları davam edir. Belə ki,məktəbimizin 10”A” sinif şagirdi və "Kiçik Akademiya "nın üzvü  Quliyev İbrahim Respublika Yaradıcılıq Mərkəzinin təşkil etdiyi yarışda Təsviri və dekorativ tətbiqi sənət nominasiyası üzrə 1-ci yerə layiq görülüb.Bu gün Beynəlxalq Muğam Mərkəzində Məktəblilərin Respublika Yaradıcılıq Festivalının qaliblərinin təltifetmə mərasimi keçirilib.Mərasimdə məktəbimizin fəxri,müəllimlərin sevimlisi İbrahim Quliyev qalib olduğu üçün diplom və hədiyyələrlə təltif olunub.Sənət dünyasında ilk addımlarını atan,rəsm əsərləri ilə insan qəlbini ruhlandıran İbrahimə daha böyük uğurlar arzulayırıq.İnanırıq ki,fəxrimiz olan İbrahim əl işləri, rəsm əsərləri ilə vətənimizi xaricdə təmsil edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi