12 Avqust "Beynəlxalq Gənclər Günü" münasibəti ilə forum təşkil olundu

12.08 2020-ci il tarixdə YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin və Sabunçu rayonu üzrə Regional "Kiçik Akademiya" nın təşkilatçılığı ilə 12 Avqust "Beynəlxalq Gənclər Günü" münasibəti ilə forum təşkil olundu. Forum Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Ardınca Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin MÜƏLLİMİ, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin fəalı, moderator İlahə Abdullazadə tədbiri giriş sözü ilə açaraq, sözü YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdrət Əlipənahova verdi. Q.Əlipənahov çıxış edərək, gənclər siyasətinin əsas məsələ olduğunu, cəmiyyətdə, dövlət idarəçiliyində gənclərin əsas rol oynadığını qeyd etdi. Ardınca söz Sabunçu rayonu üzrə Regional Akademiyanın rəhbəri Sərxan Şahverdiyevə verildi. S.Şahverdiyev çıxş edərək bildirdi ki, "Gənclər günü" nün ilk dəfə 1997-ci il 2 Fevral tarixində Ümummili Liderimiz, uzaqgörən siyasətçi Heydər Əliyev tərəfindən keçirlməsi məhz gənclərə verilən dəstəkdən irəli gəlir. S.Şahverdiyev çıxışında müasir dövrdə ölkə başıçısı, Prezident İlham Əliyev cənablarının, I Vitse - prezident Mehriban xanım Əliyevanın dəstəyini, həmişə gənclərə böyük önəm verdiyini vurğuladı. Sonda S.Şahverdiyev ulu öndər, Ümummilli Liderimiz Heydər Əliyevin çıxışların birində dediyi "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!" kəlamları ilə forumu sonlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi