“Kiçik Akademiya” nın təşkilatçılığı ilə təlimatlandırıcı görüş keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun Baş məsləhətçisi Sevinc Əzimovanın məktubuna əsasən 29 aprel 2019-cu il tarixində  məktəbimizin rəhbərliyi ilə 311 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” nın təşkilatçılığı ilə təlimatlandırıcı görüş keçirildi.Tədbirdə Sabunçu rayonunun 4,69,71,75,81,192,215,307 və 311 nömrəli məktəblərinin məsul şəxsləri iştirak edirdi.Məqsəd həmin təhsil müəssisələrində “Kiçik Akademiya”ların işini genişləndirmək,fəaliyyətini gücləndirmək idi.Seminarda 112 nömrəli tam orta məktəbin”Kiçik Akademiya”sının prezidenti Sərxan Şahverdiyev çıxış edərək təşkilatın yaranması,iş prinsipi,sturukturu haqqında geniş məlumat verdi. Seminarda qərara alındı ki, 112 nömrəli tam orta məktəbin rəhbərliyi ilə həmin məktəblərdə mütəmadi seminarlar təşkil olunsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi