VMA sinif nümayəndələri ilə iclas keçirildi
12.01.2022-ci il tarixdə VMA sinif nümayəndələri ilə iclas keçirildi. İclasda məktəbin direktoru Xədicə Babayeva, VMA prezidenti Sərxan Şahverdiyev, təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadə iştirak etdilər.
Məktəbin direktoru Xədicə xanım Babayeva valideynləri salamlayaraq, şagirdlərin davamiyyəti, I yarımil üzrə olacaq BSQ-lər, cari məsələlər haqqında danışdı.
VMA prezidenti S.Şahverdiyev VMA-nın oktyabr-dekabr aylarında gördüyü işlər və yeni layihələr haqqında danışdı.
Təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadə BŞTİ-nin tədbirlər planına əsasən keçirilən tədbirlər barəsində ümumi məlumat verdi.
Sonda valideynlərin fikir və təklifləri dinlənildi.