"İkinci Qarabağ müharibəsi"

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 1 "C" sinif şagirdləri "İkinci Qarabağ müharibəsi" şəhidlərinin xatirəsinə həsr olunmuş "XARIBÜLBÜL" adlı "Əlifba bayramı"nı qeyd etdilər. Tədbirdə məktəbin direktoru Xədicə xanım Babayeva, direktor müavini Həsən müəllim Bərxudarov, BŞTİ Təlimə Dəstək Mərkəzinin inklüziv təhsil üzrə metodisti Nuranə xanım Yəhyayeva, Sabunçu rayonu üzrə KA rəhbəri YAP GB sədr müavini Sərxan müəllim Şahverdiyev, Vətən Müharibəsi Qəhrəmanı, "Vətən Uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş gizir Anar Əlibəndəyev iştirak edirdilər. Microsoft Teams platformasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Sonra ŞƏHİDLƏRİN ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər öz şeir paylarını qonaqlar üçün söylədilər. Öyrəndikləri hərfləri nümayiş etdirərək biliklərini paylaşdılar.1 il ərzində keçdikləri məktəb yolu slayd şəkildə nümayiş olundu. Rəqs nömrəsinin nümayişi ilə tədbir yekunlaşdı. Sonda bütün müəllimlər uşaqları təbrik edərək, onlara dərslərində uğurlar arzu etdilər. Əziz birincilər, sizi təbrik edirik ! Sinif rəhbəri : İlahə Abdullazadə
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi