"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"

25 dekabr 2019-cu il tarixdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nə həsr olunmuş intellektual olimpiadanın final turu 170 nömrəli tam orta məktəbdə baş tutdu. Olimpiada Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. SKA-nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə şərtləri haqqında şagirdlərə məlumat verdi. Sonda ümumi nəticələr üzrə qaliblər elan olundu. Olimpiada BŞTİ-nin, Sabunçu rayonu üzrə Regional Akademiyanın, Sabunçu Gənclər Evinin, 112 nömrəli tam orta məktəbin, ADMİU TGT-nin, 4 nömrəli VMA-nın, Edu Grata təhsil mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Olimpiadada 24 komanda, 96 şagird iştirak etmişdir. Olimpiadanın keçirilməsində əsas məqsəd Sabunçu rayonu üzrə "Kiçik Akademiya" lar arasında fəaliyyət istiqamətini gücləndirməkdir.https://bakimektebleri.edu.az/112
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi