" Məktəblərdə ekologiya ayı "

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının və məktəbin tarix müəllimi Quliyeva Şahnazın birgə təşkilatçılığı ilə " Məktəblərdə ekologiya ayı " layihəsi çərçivəsində #COP29-la bağlı (İqlim dəyişiklikləri) mövzusuna həsr olunmuş xüsusi dərs təşkil olundu. Dərsdə iqlim dəyişikliyinin qlobal təsirləri, onu azaltmaq üçün atılan addımlar müzakirə edildi. Şagirdlər iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışdılar. Dərs zamanı mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edildi. Dərs məktəb direktoru Ruhiyyə İbrahimova , direktor müavini Lətifə Mustafayeva, Kiçik Akademiya rəhbəri İlahə Abdullazadə, UBTR Aynurə Məmmədova, məktəb psixoloqu Afaq Hacılı Əliyeva tərəfindən dinlənildi. #məktəb112 #COP29 #YAŞILDÜNYANAMİNƏ #MəktəblərdəEkologiyaAyı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi