Təbrik edirik !

Dekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, şagirdləri salamlayaraq təltifetmə mərasimi haqqında danışdı. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının II mərhələdə keçirilməsi, qaliblərin münsiflər heyəti tərəfindən obyektiv, düzgün seçilməsi, Sabahın alimləri müsabiqəsində qaliblərin iştirakı və cari məsələlər haqqında danışdı. Konfrasın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz Məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular. #KA #Sabunçu #Təltifetmə #Sabahınalimləri
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi