"Yay festivalı"

ATGT,CGB,AGB və Azərbaycan Turizm Agentliyinin təşkilatçılığı ilə 14-18 iyul tarixində tələbələrin "Yay festivalı" keçirildi.Festivalda 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti Sərxan Şahverdiyev də iştirak etmişdi.Bu möhtəşəm tədbirdə 500- ə yaxın tələbə iştirak edirdi.Festivalda müxtəlif tədbirlər,panellər və debatlar təşkil olunmuşdu.Əsas məqsəd gənclər arasında şəbəkələşmənin yaradılması,Azərbaycançılıq ideologiyasının yayılmasıdır.Tədbirdə iştirakçıların asudə vaxtını səmərəli,maraqlı təşkil etmək üçün müxtəlif yarışlar keçirilmişdi.Festivalda dövlət və idarə rəhbərləri,müxtəlif nazirliklərin nümayəndələri iştirak etmiş "Diplomatiya", "Azərbaycan tarixi" mövzusunda debatlar təşkil olunmuşdu.Bu müddət ərzində iştirakçılar Quba Memorial məzarlığına səhayət etmişdilər.Tədbirdə EA-mın üzvü,professor Solmaz Tohidinin rəhbərliyi ilə iştirakçılara Azərbaycan tarixi,dövlətçilik ənənələri haqqında məlumat verildi. Məktəbimizi festivalda təmsil edən S.Şahverdiyev tədbirdən böyük təəssüratlarla qayıdıb.O,yeni dərs ilində təəssüratlarını şagirdlərlə bölüşəcəyini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi