"Narkomaniyaya yox deyək"

25 iyun 2019 cu-il tarixində Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatşılığı ilə Pirşağı mədəniyyət evində "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi.Tədbirdə məktəbimizin direktoru Xədicə Babayeva,mədəniyyət evinin rəhbərliyi,kitabxana işçiləri, "Kiçik Akademiya"nın prezidenti Şahverdiyev Sərxan və KA-nın ibtidai bölməsinin rəhbəri İlahə Abdullazadə iştirak edirdi.İştirakçılar çıxış edərək əsrin bəlası sayılan,gəncliyimizi məhv edən narkomaniyanın insanlara hansı faciələri gətirdiklərindən söz açdılar.Məktəblərdə tez-tez maarifləndirici tədbirlərin təşkil olunmasını təqdirəlayiq hesab etdilər.Mövzu ilə əlaqədar olaraq şagirdlərin hazırladıqları əl işlərinə tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi