Yay məktəbinin online açılışı baş tutdu

04.08.2020-ci il tarixdə Akademik X.Y. adına 112 nömrəli tam orta məktəbin rəhbərliyi və “Kiçik Akademiya” sı , Sabunçu rayonu Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Sabunçu rayon Regional “Kiçik Akademiya”sının təşəbbüsü və iştirakı ilə respublikada ilk dəfə olaraq Sabunçu rayon “Kiçik Akademiya”sının Yay məktəbinin online açılışı baş tutdu. Açılış Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Giriş sözü ilə 112 nömrəli tam orta məktəbin direktoru Xədicə Babayeva çıxış etdi və şagirdlərə Yay məktəbinin onların düşüncə və həyat tərzlərində mühüm rol oynayacağını, bəlkə də, gələcəklərini qurmaqlarında bilavasitə əhəmiyyət kəsb edəcəyini söylədi. O qeyd etdi ki, bu layihə Respublikada “Kiçik Akademiya”ların fəaliyyətində ilk dəfə olaraq həyata keçirilir. X.Babayevanın çıxışından sonra Sabunçu rayonu Regional “Kiçik Akademiya”sının , 112 nömrəli tam orta məktəbin “Kçik Akademiya”sının, 4 nömrəli Valideyn –Müəllim-Assosasiyasının sədri Sərxan Şahverdiyev Yay məktəbinin əsas mahiyyəti və onun təşkil olunmasının əsas səbəbləri haqqında danışaraq qeyd etdi ki, əsas məqsəd 2019-2020-ci tədris ilində “Kiçik Akademiya”nın fəaliyyətində fərqlənən şagirdlər önəm verilməsidir. Mövcud vəziyyət ilə əlaqədar olaraq online keçirilən Yay məktəbləri gələcəkdə daha geniş əhatə dairəsində keçiriləcəyi qeyd olundu. Sonda şagirdlərin sualları cavablandırıldı və onların təklifləri, iradları” bizim üçün çox maraqlı olacaq” deyə, tövsiyyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi