"Şəhid məzunların valideynləri ilə görüşlərin keçiriləsi"

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 2 "D" sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" BŞTİ-nin 2020-2021-ci tədris ili üçün fəaliyyət planına uyğun olaraq "Şəhid məzunların valideynləri ilə görüşlərin keçiriləsi" mövzusuna uyğun olaraq ŞƏHİD RƏSUL SADIQOVUN valideyni Elnarə xanım Rəsulova ilə Microsoft Teams platforması üzərindən görüş təşkil edildi. Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra şəhidin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə başlayan sinif rəhbəri Günay Rüstəmova şəhid haqqında geniş məlumat verdi. Şagirdlər şeirlər səsləndirdi. Çıxış edən şəhid anası Elnarə xanım Rəsulovanın şəhidin keçdiyi döyüş yolundan, ŞƏHİDİN Vətən sevgisindən danışdı Tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. Çıxış edən YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev şəhid anasına dərin hörmət və ehtiramını bildirərək övladının xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğuladı. Şəhidə Allahdan rəhmət dilədi. Çıxış edən məktəbdənkənar və sinifdənxaric işlər üzrə üzrə direktor müavini İlahə Abdullazadə şəhid anasına tədbirə qatıldığı üçün təşəkkürünü bildirdi. Şəhid anasına Vətən üçün tarix yazan bir övlad böyütdüyü üçün dərin minnətdarlığını bildirdi. Müəllim: Günay Rüstəmova
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi