2 Fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov, direktor müavini Lətifə Mustafayeva, kitabxana müdiri Mətanət Hacıyeva və KA rəhbəri İlahə Abdullazadə iştirak edirdilər. Əvvəlcə şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirildi. Sonra KA fəalları Qasımova Fatimə və Məmmədli Nərminin çıxışları dinlənildi. Çıxış edən məktəbin direktoru Rövşən Qasımov Gənclər Günü ilə bağlı geniş məruzə ilə çıxış edərək, ölkəmizin gənclər siyasəti sahəsində aparılan işlər barədə məlumat verdi. Bütün gəncləri təbrik etdi. Çıxış edən KA rəhbəri İlahə Abdullazadə ölkəmizdə gəclərin fəaliyyəti haqqında düşüncələrini bölüşdü. Vətənini, dövlətini, xalqını sevən, şanlı Zəfər tariximizi yazan Azərbaycan gənclərinin günüdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi