"Gəlin təbiəti birlikdə qoruyaq"
26 dekabr 2019-cu il tarixdə KA-nın və VMA təşkilatçılığı ilə "Gəlin təbiəti birlikdə qoruyaq" adlı tədbir keçirildi. Tədbirdə KA-nın biologiya kafedrasının məsləhətçi müəllimi Mustafayeva Lətifənin 7"A" və 7"B" şagirdləri çıxış etdilər. Onlar təbiətin qorunması, təbiətin bizə faydası haqqında maraqlı məlumatlar verdilər. Sonda şagirdlər AVMA-nın icraçı direktoru Şahin Rəcəbov, məktəb direktoru Xədicə Babayeva, VMA-prezidenti Sərxan Şahverdiyev tərəfindən sertifikat ilə təltif olunmuşdur. Gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.