“Biz Həmrəyik”

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Biz Həmrəyik” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anı olduğu qeyd edildi. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırıldı. Şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş olundu. Rəngarəng musiqilər və rəqslər ifa olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Rövşən Qasımov həmrəylik günü haqqında geniş məlumat verərək bütün azərbaycanlıları təbrik etdi. Çıxış edən direktor müavini Lətifə Mustafayeva müəllim və şagird kollektivini təbrik edərək onlara ən xoş arzularını çatdırdı. Tədbir " Zəfər" olimpiadasında qalib olan şagirdlərin təltif olunması ilə yekunlaşdı. KA rəhbəri: İlahə Abdullazadə Bütün Azərbaycan xalqını təbrik edirik! #31Dekabr #HəmrəyOlaq
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi