"Qarabağ Azərbaycandır!"

21.12.2020-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi "Qarabağ Azərbaycandır!"adlı müsabiqənin II turu - rayon turu baş tutmuşdur. Rayon turunun keçirilməsi və təşkili məsələlər hər rayon üzrə regional akademiyalara həvalə olunmuşdur. Sabunçu rayonu üzrə regional akademiya olan Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb müsabiqənin təşkilatçılığında və keçirilməsində əsas rol oynamışdır. Rayon üzrə 42 məktəb iştirak etmişdir. Regional akademiyanın prezidenti Sərxan Şahverdiyev, Regional akademiya tərəfindən təyin olunmuş müəllimlər - Abdullazadə İlahə , Aşurova Zabitə, Binnətova Nərmin, Əliyeva Vüsalə , Kərimova İradə , Mustafayeva Lətifə tərəfindən müsabiqə zamanı Teams platforması üzərindən ciddi nəzarət olunmuş , şagirdlərin iştirakı yüksək səviyyədə təmin olunmuşdur. Müsabiqənin nəticələri BŞTİ tərəfindən yaxın günlərdə ictimaiyyətə açıqlanacaqdır. Müsabiqədə iştirak edən hər bir şagirdə uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi