Məktəbimizdə I yarımil pedaqoji şura iclası keçirildi

31 Yanvar 2020-ci il tarixdə 2019-2020-ci tədris ilinin I yarımil pedaqoji şura iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca məktəbimiz haqqında qısa video çarxa baxış oldu. Daha sonra məktəb direktoru Xədicə Babayeva şuranın gündəlik məsələsini diqqətə çatdırdı. TTİ üzrə direktor müavini Həsən Bərxudarov keçirilən BSQ-lər, imtahanlar haqqında nəticələri elektron formatda izah etdi. İrəliləmə, geriləmə məsələləri, şagirdlərin nailiyyətləri, tədris keyfiyyətləri haqqında ümumi məlumat verdi. VMA və KA prezidenti Sərxan Şahverdiyev 2019-2020-ci tədris ilində KA və VMA fəaliyyəti, keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. İclasın sonunda məktəb direktoru X.Babayeva nəticəsi ilə fərqlənən müəllimləri təbrik etdi .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi