"Mətnlə tanışlıq"
IX siniflərin imtahana hazırlığı.
Martın 10-u 2022-ci il tarixdə "Kiçik Akademiya" rəhbəri Sərxan Şahverdiyevin təşkilatçılığı, 9 "B" sinif şagirdlərinin iştirakı ilə "Mətn üzərində düzgün işləmə qaydası" mövzusunda seminar keçirildi.
Seminarda S.Şahverdiyev "Mətnlə tanışlıq", "Klaster", "Sinkveyn", "Sillogizm" üsullarının mətn üzərində tətbiqi haqqında geniş danışdı.
Sonda şagirdlərin sualları dinlənildi, praktik işlər aparıldı.