I yarım ilin yekunlarına əsasən Pedaqoji şura keçirildi

30.01.2021-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə I yarım ilin yekunlarına əsasən Pedaqoji şura keçirildi. İclasa giriş sözü ilə məktəbin direktoru Xədicə Babayeva başladı. X.Babayeva I yarım il barədə olan ümumi məsələlərdən, fevralın 1-də əyani tədrisə başlayacaq ibtidai siniflərin cari vəziyyəti haqqında , yuxarı siniflərin virtual dərslə davam etmələri haqqında və yeni gələn əmrlər haqqında pedaqoji kollektivi məlumatlandırdı. Ardınca məktəbin TİDM Bərxudarov Həsən I yarım ilin statistik məlumatları, II yarım ilin əyani və distant cədvəlləri haqqında danışdı. Daha sonra VMA və KA prezidenti Sərxan Şahverdiyev çıxış edərək IX və XI siniflərin buraxılış imtahanları, XI siniflərin qəbul imtahanları və cari məsələlər haqqında məlumatları pedaqoji heyətə çatdırdı. Şagird yerdəyişməsi , UTİS haqqında məlumatları UBR Ziyafət Məmmədova danışaraq fikirlərini söylədi. Sonda müəllimlərə maraqlı olan suallar rəhbərlik tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi