"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu"

Dekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır. Müsabiqə nəticələri 4 yanvar 2022-ci il tarixdən etibarən emal olunacaqdır. Qeyd edək ki, məktəbimizi 10 A Mövsümov Nurlan və 10 B sinif şagirdi Məmmədova Leyla təmsil etmişdir. Uğur arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi