Məktəbimizdə Azərbaycan dili və Ədəbiyyat fənlərindən bilik yarışı keçirildi
Məktəbimizdə” Kiçik Akademiya”nın təşkilatçılığı ilə Azərbaycan dili və Ədəbiyyat fənlərindən bilik yarışı keçirildi. Yarışda VIII sinif şagirdləri iştirak edirdi. Yarış 3 mərhələdə keçirildi.Suallar şagirdlərin keçdikləri mövzular üzrə onların bilik və bacarığını, eləcə də dünyagörüşünü əhatə edirdi. Sonda münsiflər heyətinin qərarı ilə VIII “Ç” sinfinin “Çempion” qrupu 190 bal nəticə ilə I yerə layiq görüldü. Şagirdlərimizin hər birinə uğurlar arzu edirik.