“ Mütaliəni həyat devizinə çevirək ”

Bu gün “Kiçik Akademiya”nın və kitabxana  rəhbərliyinin təşkilatçılığı ilə şagirdləri mütaliəyə cəlb etmək üçün VI,VIII siniflər arasında “ Mütaliəni həyat devizinə çevirək ” adlı tədbirin final mərhələsi keçirildi.Tədbir 2 mərhələdə təşkil olunmuşdu.I mərhələdə 40 şagird iştirak edirdi.Şagirdlərə 1 ay əvvəl mütaliə etmək üçün Azərbaycan və dünya ədəbiyyatından 10 əsər verilmişdi.II mərhələyə 20 şagird seçildi.Tədbirin II mərhələsində əsərlərin mövzu ,ideyası haqqında müzakirələr aparıldı.Şagirdlər cütlər şəklində əsərlərlə bağlı bir-birinə suallar verirdilər.Ə.Dərya,Y.Nərgiz,M.Nuray və digər şagirdlərin əsərləri təhlil etmək qabiliyyəti,məzmunu mənimsəmə səviyyəsi diqqəti cəlb edirdi.Sonda tədbirin qalibi olaraq Y.Nərgiz diplomla,digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi