"20 Yanvar"

YAP Sabunçu rayon təşkilatı 19.01.2021- ci il tarixdə "20 Yanvar" faciəsi ilə əlaqədar videokonfrans formatında tədbir keçirdi. Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilidi. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirdi. Mehriban Abasquliyeva qeyd etdi ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiyməti verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq. 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu. 20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir. Tədbirdə çıxış edənlərdən YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, rayon ərazi ilk partiya təşkilat sədrləri Gülnaz Abdullayeva, Murad Zeynalov, Fərqanə Abbasova qeyd etdilər ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 31-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyevin ərazi ilk partiya təşkilat sədri Xədicə Babayeva ilə birlikdə İkinci Qarabağ müharibəsində qazandığımız Qələbəyə həsr edilmiş “Zəfər Tarixi “ adlı yeni nəşr etdikləri kitabı konfrans iştirakçılarına nümayiş etdirərək, oxumalarını tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi