"Kiçik Akademiya"ların hesabat konfransı

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı. İyunun 28-i 2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2021/2022-ci tədris ili üzrə görülən işlərin hesabatı haqqında konfrans təşkil edildi. Konfranda BŞTİ-nin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA rəhbərləri, müəllimlər və şagirdlər iştirak edirdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca "Şuşa İli" sevincini bizə yaşadan şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. "Kiçik Akademiya"ların məqsədi şagirdlərdə elmi potensialın artırılması, müxtəlif təşəbbüslərin stimullaşdırılması, elmə axının təminin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, onlara metodiki informasiya yardımının göstərilməsidir. Konfrans iştirakçılarını salamlamaq üçün ev sahibi 307 nömrəli tam orta məktəbin müdir vəzifəsini icra edən Samirə Sadıqova çıxış etdi. Ardınca Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın işlərinə dəstək verən, hər zaman yeni ideyalar, layihələr irəli sürən 112 nömrəli tam orta məktəbin direktoru Xədicə Babayeva çıxş etdi. 2021/2022-ci tədris ilində Sabunçu rayonu üzrə ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları müxtəlif işlər həyata keçirmişlər. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev MKA-nın gördüyü işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında ətraflı məruzə etdi. Ardınca 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva,113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova, KA prezidenti Cabbar Yolçiyevin, vitse-prezidenti Aysel Hüseynovanın çıxışları dinlənildi. 307 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İnci Süleymanzadə"Tarixdə Qarabağ" adlı araşdırmasını təqdim etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova istiqamətyönümlü, dəyərləndirici fikirlərini konfrans iştirakçıları ilə bölüşdü və "Kiçik Akademiya"nın səmərəli fəaliyyətində uğurlar arzu etdi. Sonda fəaliyyətlərində fərqlənən məktəblər və KA rəhbərləri "TƏŞƏKKÜRNAMƏ" ilə təlfif olundular. #KİÇİKAKADEMİYA #SABUNÇU
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi