Beynəlxalq İnformasiya Təhlükəsizliyi

26 noyabr 2019-cu il tarixdə "Kiçik Akademiya" nın üzvlərinin təşkilatçılığı ilə 4"C" sinfində "Beynəlxalq İnformasiya Təhlükəsizliyi" mövzusunda seminar keçirildi. KA-nın prezidenti Sərxan Şahverdiyev ilkin olaraq informasiya nədir, onun müsbət və mənfi xüsusiyyətləri haqqında danışdı. Ardınca KA-nın ibtidai siniflər üzrə bölmə rəhbəri İlahə Abdullazadə informasiya təhlükəsizliyi, lokal və qlobal şəbəkələr haqqında məlumat verdi. Sonda KA-nın üzvlərinin hazırladığı slayd və video çarxlara baxış oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi