"Kiçik Akademiya" ların I Yay Məktəbinin I təlimi baş tutdu

07.08.2020 - ci il tarixdə Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların I Yay Məktəbinin I təlimi baş tutdu. Təlimi Sabunçu rayonu üzrə "Kiçik Akademiya" ların regional "Kiçik Akademiya" rəhbəri Sərxan Şahverdiyev açıq elan etdi. Moderator, Akademik X.Y. adına 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının ibtidai siniflər üzrə rəhbəri İlahə Abdullazadə təlimin ümumi mövzusu haqqında danışdı. Ardınca şagirdləri salamlamaq üçün sözü Sabunçu rayonu üzrə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Qüdrət Əlipənahova verdi. Q.Əlipənahov seçilmiş şagirdləri layihə boyunca məsuliyyətli, fəal olmaqları üçün çağırış etdi. Moderator İ.Abdullazadə layihəmizin qonağı olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və Dillər kafedrasının dosenti, Filologiya üzrə fəlsəfə doktoru Dürdanə Vəkilovanı şagirdlərə təqdim etdi. D Vəkilova təlim müddətində şagirdlərə "Xarici dillər bizə nə qazandırır?" mövzusu ətrafında geniş danışdı. Öz pedaqoji təcrübəsini şagirdlərimizlə bölüşdü. Sonda S.Şahverdiyev ümummilli liderimiz Heydər Əliyevin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm." kəlamları ilə təlimi sonlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi