"Ədəbiyyat gecəsi"

Kiçik Akademiyanın təşkilatçılığı ilə "Ədəbiyyat gecəsi" keçirilmişdir . Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, kitabxana əməkdaşları iştirak edirdilər. Şagirdlər ədiblərin həyat və yaradıcılıqları ilə bağlı apardıqları araşdırmaları, müxtəlif yazılı və şifahi mənbələrdən istifadə edərək əldə etdikləri məlumatları təqdim etdilər. Mövzular üzrə nümunələr, ədəbiyyatımızın incisi sayılan əsərlərdən epizodlar səsləndirdilər. Şagirdlərdə araşdırma bacarığının formalaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsində, onları tədris prossesində yaradıcı fəaliyyətə təşviq etməkdə, qabaqcıl təcrübənin nümayişi və təbliğində mühüm rol oynayır. Sonda məktəbin direktoru Rövşən Qasımov çıxış edərək şagirdlərə təklif və tövsiyələrini verdi. KA rəhbəri: İlahə Abdullazadə
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi