Məktəbimizdə şeir müsabiqəsi keçirildi

Məktəbimizdə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirildi.Müsabiqədə V,VI,VII,VIII sinif şagirdləri iştirak edirdi.Şeirlər vətənpərvərlik mövzusunda idi.15 şagirdin iştirak etdiyi müsabiqədə qiraəti ilə diqqəti cəlb edən,münsiflər heyəti tərəfindən bəyənilən 5 şagird 100 bal ilə qiymətləndirildi.Müsabiqənin 2-ci mərhələsində 3 şagirdimiz məktəbin direktoru Xədicə Babayeva tərəfindən I,II,III yerlərə layiq görüldü.I yerə layiq görülən VIII ”Ç” sinif şagirdi Həbibov Sunay A.Səhhətin “Vətən”şeirini yüksək səviyyədə söylədi.VI “A” sinif şagirdi Əlizadə Dərya və VII ”B”sinif şagirdi Maisənin ifasında söylənilən şeirlər də rəğbətlə qarşılandı.Şagirdlərimizə daha böyük uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi