"İntellektual Olimpiada"nın təltifetmə mərasimi keçirildi

Sabunçu Gənclər Evində Sabunçu rayon məktəbliləri arasında keçirilən "İntellektual Olimpiada"nın təltifetmə mərasimi keçirildi. Mərasimdə Sabunçu Gənclər Evinin direktoru Rəvanə xanım Həşimova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri üzrə baş məsləhətçisi Sevinc xanım Əzimova, Sabunçu rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Ceyhun Abbasov və rayon üzrə məktəb direktorları iştirak edirdilər. III yer 309 saylı tam məktəb II yer 148 saylı tam orta məktəb I yer 94 saylı tam orta məktəbin şagirdləri diplom və medalla təltif olundular. IV-X yerin sahibləri isə sertifikatla mükafatlandırıldılar. Çıxış edənlər tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəb rəhbərliyinə və "Kiçik Akademiya"nın prezidenti Sərxan Şahverdiyevə təşəkkürlərini bildirdilər. Şagirdlərə uğurlar arzu etdilər !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi