"Dünya Azərbaycanlılarının Həmrəylik Günün"

27 dekabr 2019-cu il tarixdə 112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sının və SKA-nın təşkilatçılığı, BŞTİ-nin, SGE-nin, 4 nömrəli VMA-nın, ADMİU TGT-nin, Edu Grata təhsil mərkəzinin dəstəyi ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Gününə" həsr olunmuş intellektual olimpiadanın təltifetmə mərasimi keçirildi. Mərasimdə BŞTİ-nin inkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, SGE-nin direktoru Samir Mehralıyev, SKA və VMA-nın prezidenti Sərxan Şahverdiyev, Edu Grata təhsil mərkəzinin direktoru Cəlal Cümşidi, məktəb direktorları, direktor müavinləri, KA prezidentləri, valideynlər, şagirdlər iştirak etdi. Mərasimdə I, II, III yerlərin sahibləri diplom və hədiyyə ilə, digər komandalar isə fərqlənmə sertifikatı ilə təltif olundular. Olimpiadanın keçirilməsində əsas məqsəd Sabunçu rayonu üzrə "Kiçik Akademiya" lar arasında əlaqələrin genişləndirilməsi idi. Sonda Edu Grata təhsil mərkəzinin rəhbəriliyinə, 170 nömrəli tam orta məktəbin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi