"Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi

27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Yekun nəticələrə əsasən I yerə - 215 nömrəli tam orta məktəb, II yerə - 96, 112, 215, 307 nömrəli tam orta məktəblər, III yerə 67, 188, 215, 309 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşdür. I, II, III yeri qazanmış şagirdlər "diplom", finalda iştirak edən digər şagirdlər isə "fərqlənmə" ilə təltif olunmuşlar. Müsabiqə BŞTİ-nin F-512 nömrəli əmri əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. #Bizzəfərçaldıq#QarabağAzərbaycandır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi