"Qarabağ Azərbaycandır!"

12.12.2020-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" nın Prezidenti Sərxan Şahverdiyev və tarix kafedrasının müdiri Quliyeva Şahnazın təşkilatçılığı ilə F-246 nömrəli əmri əsas tutaraq "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqəsinin məktəbdaxili turu təşkil olundu. Müsabiqədə 8-11-ci siniflər arasından 62 şagird iştirak etmişdir. Nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş 10 ç sinif şagirdi Nəcəfzadə Pərviz İntiqam oğlu rayon turuna vəsiqə qazanmışdır. Əlavə olaraq aşağıda adları qeyd olunan 5 şagird isə Sabunçu rayonu "Kiçik Akademiya"ları arasında keçiriləcək "Biz Zəfər Çaldıq" intellektual müsabiqəsinə vəsiqə qazanmışdır: 1. Fariz Nəcəfli - 8a 2. Zərnişan Babayeva - 9c 3. Səməd Behbudov - 8a 4. İbrahim Əkbərov - 10 b 5. Leyli Məlikova - 9b
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi