Məktəbimizdə online iclas keçirildi

V01.04.2020-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb pedaqoji sahədə ilkə imza ataraq online iclas təşkil etdi. İclasda məktəbin direktoru Xədicə Babayeva, Təlim - tədris işləri üzrə direktor müavini Həsən Bərxudarov, VMA və KA prezidenti Sərxan Şahverdiyev, Uşaq birliyin rəhbəri Ziyafət Məmmədova, metodbirləşmə sədrləri, müəllimlər, laborantlar, VMA rəhbərliyi iştirak etdi. İclası giriş sözü ilə X.Babayeva başladı. X.Babayeva bildirdi ki, COVİD-19 virusunun qarşısının alınması ilə xüsusi karantin rejimi elan olunub. Bununla bağlı olaraq təlim-tədris online sistemə keçid almışdır. Online sistem ilə şagirdlərə dərslərin keçirilməsi, 9-11-ci siniflər üzrə online sınaqların təşkil edilməsi haqqında söhbətlər apardı. Ardınca silsiləvari olaraq məktəb rəhbərliyi və pedaqoji kollektivdən çıxışlar oldu. Sonda isə "COVİD-19-təhsilimizi əlimizdən ala bilməzsən" şuarı altında iclas sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi