Xocavənd rayonunun işğalından 27 il ötür

Bu gün qədim tarixə malik olan Xocavənd rayonunun işğalından 27 il ötür.1992-ci il oktyabrın 2 –də erməni işğalçıları tərəfindən işğal olunub.İşğal zamanı 13 nəfəri qadın və 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid olub.300-dən çox insan sağlamlığını itirib.110 nəfər dinc sakin əsir və girov olmaqla erməni vəhşiliyinin qurbanı olub. Bu təqvimlə əlaqədar olaraq məktəbimizin VII “ D “ sinfində KA təşkilatçılığı ilə “ Xocavəndsiz 27 il “ adlı tədbir keçirilib.Himn səslənib.KA prezidenti S.Şahverdiyev çıxış edərək Xocavəndin tarixi,işğalı,maddi mədəniyyət abidələri haqqında şagirdlərə məlumat verib.Məqsəd gələcəyimiz olan şagirdlərin öz milli keçmişini unutmaması,təqvimlərimizə qara hərflərlə yazılmış bu günləri yadda saxlamasıdır.Tədbirlə əlaqədar hazırlanan təqdimatlar dinlənilib.Videoçarx izlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi