"Qarabağ tarixi - 2"
28.02.2021-ci il tarixdə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin "Qarabağ tarixi - 2" dərslərinin Microsoft Teams Platforması üzərindən növbəti dərsi baş tutdu.
Dərsi giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Katibi, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam məktəbin Tİ üzrə direktor müavini, İlahə Abdullazadə başladı.
Ardınca "II Qarabağ müharibəsinin xronologiyası" başlığı altında çıxış etmək üçün sözü 113 nömrəli tam orta məktəbin direktoru, Tarix üzrə müəllim Gültəkin Rüstəmova verdi. G.Rüstəmova II Qarabağ müharibəsinin 27 sentyabr - 10 noyabr tarixləri aralığında olan xronologiyası haqqında geniş formatda məruzə söylədi .
Dərsin sonunda YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini çıxış edərək "II Qarabağ tarixi - 2" dərslərinin şagirdlər üçün mühüm olduğunu vurğuladı.
Dərs yekun olaraq diskusiya ilə başa çatdı.
Məruzənin bir hissəsi :
Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.